Qəbri Vətənindən aralı,Qəlbi Vətən sarıdan yaralı.Cəbri hədsiz, səbri sərhədsiz.Dodağı nəğməli, şərqili,Sözünün əvvəli, axırı,Şərq sözü, Şərq eli.Həsrəti gözünün içinə qədər yeriyən,Əriyə-əriyə bərkiyən,Bərkiyə-bərkiyə əriyən.İliyinə, qanına qədər,Torpağına bağlı.Millətinin döyünən ürəyi,Kökünə, budağına bağlı.Qəlbində Sokrat amalı,Spartak qətiyyəti,Oxuyuram Nazim Hikməti!

Başımın üstündə zamanın şimşəyi,Qəlbində,Dənizə dönməyin tükənməz istəyi.Qulağında zindan gözətçisinin,Addımlarının səsi,Bir də Pol Ropsonun nəğməsi.Gözündə yazmaq eşqi,Yaratmaq həvəsi.Beynində inqilabın dalğası,Azadlığın havası.BaşındaHəqiqətə arxalanan xəyal.

“Biləyində qızıl bilərzik kimigəzdirdiyi” qandal.Əyə bilmir,Şərqin yenilməz oğlunu,Ağrının əzabı, vərəmin illəti,Oxuyuram Nazim Hikməti!

Qanadını qırırlar,Qara buludları yarmaq istəyən,Zirvə arzulu bir quşun.Yolu bağlanır səadətin,Önü kəsilir qurtuluşun.Cilovlanır imkanları,Ağlın, idrakın, huşun.Boğazına qurğuşun tökülürHəqiqəti deyənin, qurğuşun!Gəzəndə, duranda,Yeri dar olsa da,Yatanda altı buz,Üstü qar olsa da,Həmdəmi, sirdaşı,Dörd divar olsa da,Dayanmır bircə an yerində,Fikrin, düşüncənin,Xəyalın vüsəti,Oxuyuram Nazim Hikməti!

Kəsib qapıların ağzını,Haqsız ölümlər, yersiz işgəncələr.Xalqın gününü göy əsgiyə büküb,Yırtıcı vəhşiliklər, qara pəncələr.Şeir deyənin dilini kəsiblər,Şəkil çəkənin əlini.Neçə ocaq söndürüblər,Göyə sovurublar,Doğru danışanın külünü.Qanla, qarğışla, günahla,Ev dolu, eşik dolu, xana dolu.Qovrulub dərd içində,İstanbul, Ərzurum, Anadolu.Kirpiyiylə od götürüb,İstəkli anası – Ayişəsi.Bir də canından çox istədiyi,“İnfarkt”ım dediyi məmləkəti,Oxuyuram Nazim Hikməti!

Şöhrəti dağlarla yanaşı dursa da,Bir ömür nə qədər gödəlib Bursada!YatandaGözünün yuxusu gəlməyib.Duranda, burnunaBir gülün, çiçəyinQoxusu dəyməyib.Üşüyüb şaxtada,Titrəyib sazaqda.Nəfəsi ocağınOduna çatmayıb.Əlləri sevdiyiQadına çatmayıb.Vətənin dadına çatmaq istəyib,Vətəni bircə gün dadına çatmayıb.Dözülməz, çəkilməz bir dərd olub,Xalqın faciəsi,Şairin müsibəti,Oxuyuram Nazim Hikməti!

“Sevilən bir kitab üstündə səhəri açan”,NurunuOxuduğu kitab kimi hər yana saçan,Ulduzların altındaYatmağı xoşlayan,Hər gecə təzə bir,Nəğmə başlayan,Zindan döşəməsindəYastığını daş edən,Dünyanın taleyiniÖz alovlu qəlbinəƏbədi sirdaş edən,Ucaldıb şeirin bayrağınıOdlu nəfəsi, üsyankar sənəti,Oxuyuram Nazim Hikməti!

Heyf! Uzada bilmədi,İllərin ömrünü.Son ucu Sofiyada,Parisdə, Moskvada,Keçən bir ömür.Ancaq bəşərinBir gözəl təsəllisi var –Ölməz olan kəslərə,Heç kəs “öldü” demir.Sözü yazılır ürəklərə,Nuru köçür bəbəklərə.Tay olur, yoldaş olur,Nəsimilərə, Babəklərə!Kəndə, şəhərə çevrilir,Dönür bir dan ulduzuna,Nurlu səhərə çevrilir.Sözünü deyir axırdaƏsrin sınağı, zamanın həqiqəti,Oxuyuram Nazim Hikməti!

Sənətin qədrini bilənlər,Şairin yurdundan gələnlər,“Nazimə Türkiyə sovqatı” gətirir.

Kimisi bir ovuc torpaq götürür,Kimisi bir ağız bayatı gətirir.Məsləkin, əqidənin,Dönməz əsgərinə,Hər gəliş ölməzlik bəxş edir,Dirilik həyatı gətirir.Qələm əlimdə, dəftər qabağımda,Bu misralar səslənir dodağımda:“Mən yanmasam,Sən yanmasan,Biz yanmasaqNecə çıxarQaranlıqlar aydınlığa!”Girişmişəm işə,Fikrimi bir yerə yığa-yığa.Mənə təzə şeir yazdırır,Nazim həsrəti, Nazim məhəbbəti,Oxuyuram Nazim Hikməti!!!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri