Deyirlər sevdiyim qəmlənib bir az,Heç ona qəm-qüssə yaraşandımı?Görüşək, dost olaq sevincimizlə,Dərdə həmdəm olmaq yara şandımı.

Ondan ötrü neyliyirsən görə, sən,Gözüm, üstən küləkdimi gör əsən.Məndən ayrı nə gündədi görəsən,Yarın sinəsində yara şandımı?

Hökmlə deyil ki, deyəm yan, a şam,Yersiz, ağır işdi, çətin yana şam.Gərək özüm gedəm, özüm yanaşam,Hicran dağlarını yar aşandımı?

1972, 8 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq