Mənlə qəbrə gedən sirr
Baxtımız haraydı, ündü,Ən ağlamalı gündü,İçimdə bir düyündü,Qəbrə apardığım sirr.
Daşa dəymiş oxumdu,Haram olmuş yuxumdu,Cücərməz bir toxumdu,Qəbrə apardığım sirr.
Dərdim şişər, fil olar,Ölümüm qəbir olar,Məzarda qıfıl olar,Qəbrə apardığım sirr.
Göz yaşım bilməz nədir,Başdaşım bilməz nədir,Qardaşım bilməz nədir,Qəbrə apardığım sirr.
Çörək olub yeyilməz,Paltar olub geyilməz,Allaha da deyilməz,Qəbrə apardığım sirr.
2004, 28 iyul Truskavets
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menle-qebre-geden-sirr
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə zamandı vaxt əlindən gileyliyəm,Can atıram, bir yanına gəlim, ana.
Doğma Xəzər, xeyli var ki, görüşmürükDoğma Xəzər, xeyli var ki, görüşmürük,Dalğaların səsi gəlmir qulağımdan.
Tovuz görüşləriQanad açıb bu yerlərə gələndə mən,Təbiətin bahar çağı, yaz günüydü.
Nənələr yaşayır nəvələr üçünQocalmaq istəmir qoca dünyada,Qızı ərə gedir, oğlu ər olur.
Başqa şairlərin şeirləri · Ölüm
Çevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
İndiA beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
Dünyaya günəştək nur yayan insanDünyayaGünəştək
Böyük SabirəYadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər: