Sevgisiz olanda həyatda insan,Bir qarışqa qədər yük çəkə bilmir.Sevgiyə açanda qapılarını,Ürək qorxu bilmir, səksəkə bilmir.

İnsan təklənəndə yanır, ah çəkir,Meylini Haqq adlı bir dərgah çəkir.Hamının yükünü bir Allah çəkir,Heç kəs öz yükünü tək çəkə bilmir.

2004, 21 iyul Truskavets

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq