Xatirələr yumağı
Dağlar uca, düzlər geniş, dərələr dərin,Gəl çözələ yumağını xatirələrin.Hansı dağda qartal ilə süzmüsən qoşa,Hansı düzdə atdığın ox çıxıbdır boşa?Hansı dərə səni çəkib qaranlıqlara,Hansı uçqun günlərini gətirib qara?Hansı zirvə “gəl dövrəmdə qanad çal”, – deyib,Hansı tala açıb sənə xalı-xalçanı?Hansı qızın əllərindən aldın dolçanı?Hansı çeşmə salıb səni eşqin oduna?Hansı gözəl, hansı gəlin düşüb yadına?Nə danışıb mamırlı daş, xınalı qaya?Şair gözü hansı gözlə baxıb dünyaya? –Üfüq aydın, çəmən yaşıl, bulaqlar sərin,Gəl çözələ yumağını xatirələrin.
2004, 17 iyul Truskavets
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xatireler-yumagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə hirs, nə də acıq olur, İlahi,Sinə necə varaqlanır, yumşalır.
Kəndirli qartalSənin ki məskənin dağlar başıdı,Sən ki öyrənmisən hündürə, qartal.
Ucal qanadında bu nəğmələrinSənə ki yaradan güc-həvəs verib,Tanrıdan pay olan bir həvəs verib.
YolYola çıx, yola çıx,Yolları yollara dola, çıx!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Nə yazımNə yazım, ayrılıq nədir bilməzsən,Nələr çəkdiyimi çəkənlər bilər.
Gecəyarı Qahirənin küçələrindəBilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən
Hac havasındaMillət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.