Mərdlər içində
Mən bir ömür yaşayıram,Misralar, bəndlər içində.Söz köhlənim yarışdadır,Süzür səməndlər içində.
Dalğa kimi sal aşıram,Düz keçirəm, yal aşıram.Dərviş kimi dolaşıram,Şəhərlər, kəndlər içində.
Vaxt ovçudu, ov gəmirir,Saçı qar, qırov gəmirir,Qəlbə bax, cilov gəmirir,Çırpınır dərdlər içində.
Suda batdım, çəndə azdım,Öz ömrümə qəbir qazdım,Dağ olsam da dayanmazdım,Dayandım mərdlər içində.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-merdler-icinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İnsan oğlu yalan demə, yalan da var,Üzümə aydın görünmə, çiskinli duman da var.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Dükançının müştəri ilə hekayətiBu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Pol Robsona məktubMən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.