Demə, niyə alovlanıb yanırsan,Od-ocaqsız sözüm tutmur, neyləyim.Misralarım ürəyimdə qaynamır,Dodağımda düzüm tutmur, neyləyim.Danışıram, sözüm olur baş-ayaq,Yeriyirəm, dizim tutmur, neyləyim.Könül gərək od yurdundan od ala,Buz olmağı üzüm tutmur, neyləyim.Alışmasa bu torpağın eşqinə,Ürək canda dözüm tutmur, neyləyim.

1975, 28 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən