Ölümündən iki ay əvvəl ölümsüz ustadımız Aşıq HüseynSaraçlı telli sazın təkrarolunmaz sahibi Aşıq Əmrah Gülməm -mədovun xəstə yatdığını eşidib sənət dostuna baş çəkməyə gəlir.Əmrah kişini ölüm döşəyində görən, özü də xəstə olan Hüseynəmi dərindən köksünü ötürüb deyir: Əmrah kişi, bu yazı sağ-salamat başa vura bilsək, daha bizə ölüm yoxdu. Tale elə gətirdiki, Borçalı mahalının əvəzsiz sənət ağsaqqalları elə həmin yazfəslində dünyadan köçdülər. 1987-nin aprelində Aşıq Əmrahınqırxı Aşıq Hüseynin dəfn gününə düşdü.

Bizdən ötrü ağır gəldi bu bahar,Söz ürəkdə, saz köynəkdə qalıbdı.Bir mahalın mahal boyda dərdi var,Qəlb ağrıda, can köynəkdə qalıbdı.

Getdi daha şirin ləhcə, xoş avaz,Nə danışsın yasa batmış pərdələr.İndən belə hər dinəndə telli saz,Başım üstdən qəm səpələr, dərd ələr.

Bir bağçanın güllərini döydü qar,Bir bülbülün ötən səsi qırıldı.Gümüş tellər haray çəkər, hay salar,Ulu sazın şah pərdəsi qırıldı!

On barmağı on bir telə bağladı,Ovsunuyla görün nələr yaratdı.Zili bəmə, bəmi zilə bağladı,Xatırlandı, xatirələr yaratdı!

Ellər çəkdi sənətkarın nazını,“Sənətində kişi şahdı”, – dedilər.Bir xalından tanıdılar sazını,“Qulaq asın, o Əmrahdı!” – dedilər.

Bir məclisə Əmrah gəlib deyəndə,Uçmaq üçün yeldən qanad taxardıq.Bu şad xəbər qapımızı döyəndə,Evdən evə, eldən elə axardıq.

Duyğuları döndərərdi gur çaya,Kamil ustad keçirəndə toyları.Bəylə gəlin sığışmazdı dünyaya,Bir qarış da ucalardı boyları!

Əmrah kimdir? Əsrlərdən gələn səs,Tel gücünü sel gücünə döndərən.Əmrah kimdir? Qaynar çeşmə, od nəfəs,Öz eşqini sabahlara göndərən!

Əmrah kimdir? Yerin yeddi qatındanŞirə çəkən, mayalanan kökümüz.Ucalığı çıxmaz elin yadından,Ayrılığı dağdan ağır yükümüz!

Əl tərpəndi, qüdrətini duyurdun,Hər barmağın bir cür xalı varıydı.Dədələşən övladıydı bu yurdun,Hər xalında bir Borçalı varıydı!

Can əriyib harayında, ünündə,Göz yaşını tökənləri görmüşəm.Əmrah kimi ölməzlərin önündəGəlib dizə çökənləri görmüşəm.

Mənim qəlbim necə dözsün bu yasa,Yatan yatıb, heyif, daha ayılmaz.Onun səsi qulağımda qalmasa,Mənim səsim yer üzünə yayılmaz!

Əmrah ömrü ömürlərə paylanan,Ölməz olan bir sənətin ömrüdür.Gündən-günə çeşmələnən, çaylananBir danılmaz həqiqətin ömrüdür!

Öz ləngəri, öz sevinci, öz qəmi,Bu həqiqət Kamandarda yaşayır.Zaman-zaman bir-birinin həmdəmi,Saz kamanda, kaman tarda yaşayır!

Deməyin ki, vaxtı başa yetirdik,Döş çiçəksiz, zirvə qarsız qalmasın.Aman ellər, xan Əmrahı itirdikSaz dünyası Kamandarsız qalmasın!

Sənət üçün çox qartallar bəsləyər,Dayazlara bir ötərki səs deyər.Oğulları ucalığa səsləyərTelli sazda Aşıq Əmrah zirvəsi!

Yüksələnə yüksəklikdən pay verər,Ürək verər, nəfəs verər, hay verər.Çox boyalara öz boyundan boy verər,Telli sazda Aşıq Əmrah zirvəsi!

Başı üstdə Günəş doğar, gün durar,Sərt tufanlar bata bilməz, gen durar.Dədə Qorqud zirvəsiylə tən durar,Telli sazda Aşıq Əmrah zirvəsi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri