Ölümdən sonra həyat var
Dilim sözümdən başlanıb,Sözüm dilimin davamı.Qələm əldən sonra gəlir,Barmaq əlimin davamı.
Çeşməyə nur, arxa suyam,Səsəm, sözün arxasıyam.Bəmdən zilə qalxasıyam,Bəmdi zilimin davamı.
Ölənləri kim yaşadıb,Pərdə dinib, sim yaşadıb.Çölümü içim yaşadıb,İçim çölümün davamı.
Kimi cılız, kimi şişman,Gedən peşman, qalan peşman.Qara gün ağ günə düşmən,Ağ gün zülümün davamı.
Qat içində neçə qat var,Yer var, göy var, Kainat var.Ölümdən sonra həyat var,Həyat ölümün davamı!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olumden-sonra-heyat-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya Qoşqar olasan, ya da Şahdağı,Belə ucalasan, ucalanda da!
Şeyxim mənim, şahım mənim, şairim mənimƏrdəbildə Şeyx Səfi türbəsində*Şah İsmayıl Xətainin məzarı*
Qoruya bilmədik məzarınızıMolla Pənah Vaqifin, Xan qızı Natəvanın, Aşıq Ələsgərin,*Dədə Şəmşirin, Sarı Aşığın müqəddəs ruhları! Sizin qarşınızda*
Dünyanın yaxşı şeiriUlu ozanımız Yunus Əmrəyə*Nurlu gözdə bəslənir, odlu canda yaranır,