Ölümlə tanışlıq.
Ölümlə tanışlıq belə başlanır,Çəkilir canından od-atəş indi.Yer-göy qucaqlasa, mənası yoxdur,İsitməz canını min günəş indi.
Sən ki başdan-başa oddun, hənirdin,Nə tez buludların qoynuna girdin?Qolların gücünə çox güvənirdin,Gəlib o pəhləvan, gəl güləş indi.
Bir az asta yeri, bir az asta gəz,“Demə ki, tufanlar qəddimi əyməz”.Sənin mübarizən bir çöpə dəyməz,Yüz vuruş, yüz döyüş, yüz əlləş indi.
Can nədir, canından çıxan ah bilər,Ağrılar özünü taxtda şah bilər.Kim kimi yıxacaq, bir Allah bilər,Pəncə vur, əcəllə pəncələş indi.
2004, aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olumle-tanisliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qocatəpə camesi... namaz cümə namazı,Tanrı ibadətində qırx min adam var, azı.
Ağlı yoxduSaz dillənir, köz-köz olub yanıram,Gözü yoxdu bu sehrə göz yumanın.
Yaşıl tağ üstündə yaşıl yarpaq olYanıma gələndə yaşıl gey, gözəl,Qarşıma yamyaşıl çəmən kimi gəl.
Məhəmməd FüzuliyəEy Füzuli! Eşqin yenə məclisimə tam gətirib,Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.