Faldaşın dərəsində,yolun sağ tərəfində,bir palıd ağacı var,ağacların tacı var.Yorulanda yolçularkölgəsində dincəlib.Onun qəddi-qamətihər insana xoş gəlib.Ancaq, bu gün gövdəsinəneçə balta dəymişdi.Bəlkə ona görə dəqocalmaqdan deyil,o aldığı bu yaradanqamətini əymişdi.Dedim: – Neçə yaşın var?Soruşanda yaşını,O dəm çatdı qaşını.– Min il sürdüyüm ömürbir anlıq oldu, – dedi,Qəlbimə yara dəydi,bütün aləm gözümdəqaranlıq oldu, – dedi.Əlləri qanlı cəllad,Azad həyat düşməni,ömrümü verdi bada.Olmasaydı sinəmdəbalta açan yaralar,min il yenə yaşardımbu sehrkar dünyada.1968, 29 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri