Onun gəlişindənqabağa düşdüAta ayrılığı,ana həsrəti.Dünyada kədərlə,qəmlə görüşdü,Gördü körpəlikdənhər məşəqqəti.

“Atal” deyiləndədoldu gözləri,“Anal” deyiləndəyandı sözləri.Əriş-arğac oldubaxışlarındaDərdin cığırları,qəmin izləri.

Ata kölgəsindənəli çıxan kəsƏmi kölgəsinəpənah gətirdi.Ürəklər yandırdıçəkilən nəfəs,Qəlbinə bir ağrı,bir ah gətirdi.

Qan-qada da gördü,savaş da gördü,Savaşlar içindəqan-yaş da gördü.

Onu az güldürüb,çox ağlatdılar,Həyəcan da gördü,təlaş da gördü.Bütə tapınanlar,haqdan sapanlar,Ağacdan, taxtadanilah yapanlar,Körpə sinəsinəköz basdıranlar,Yerə diri-diriqız basdıranlar,Şeytanla dost olub,şərə varanlar,Cansız əşyalardacan axtaranlar,Zülmü biləklərdəzəncir edənlər,Əxlaqı, vicdanıtəhqir edənlər,Günaha bələnib,küfrə batanlar,Kölə insanlarıalıb-satanlarOna zaman-zamanəzab verirdi.Qəlbində suallarsıralanırdı,Bütün sorğularacavab verirdi.Heç vaxt qoşulmadıpis adətlərə,Meylini vermədinəhs adətlərə.Ana təbiətinvergisi kimiAlnında müqəddəsnuru saxladı.Ürəyi, idrakı,ağlı, vicdanıZirvə qarı kimiduru saxladı.Ürəkdə məhəbbət,nəfəsdə sevgi,Duyub eşitdiyihər səsdə sevgi.Varlığı aləməətir payladı,Sevildi güllərinbutası kimi.Birliyə çağırdıdoğmanı, yadı,Əxlaq dünyasınınatası kimi.Hamının qəlbinə,ruhuna yatdı,Yatmış vicdanlarınurla oyatdıPeyğəmbər yaşınaçatana qədər.

Zamanın bətnində,vaxtın canındaBir işıq, bir ziyahazırlanırdı.Ulu peyğəmbərlərkəhkəşanındaXatəmül-Ənbiyahazırlanırdı.

Arzular dalıncasəhralar gəzər,Səfərə çıxardıMəkkədən Şama.

Yerlərə, göylərəyetirib nəzər,Həmsöhbət olardı,sirdaş olardıUlduzlu gecəyə,aylı axşama.Dünyanın dərdinəortaq olardı,Dünyanın qəmindənkeçib-gedərdi.Tanrı məqamındaqərar tutmağaMəhəmməd Əmindənkeçib-gedərdi.Aylarla yorğunluq,illərlə zəhmət,Qəflə karvan-karvanyük aparardı.Dünyanın yükünücavan MəhəmmədQəlbində daşıyıbtək aparardı.Gözü tox, nəfsi tox,nəfəsi halal,Saflıqda ad alıb,ün qazanardı.Özündən xəbərsizpeyğəmbərliyəÖmür qazanardı,gün qazanardı.Nə qədər arzuya,diləyə çatdı,Səsi ərşə çatdı,fələyə çatdı.Mərtəbə-mərtəbəmələyə çatdıPeyğəmbər yaşınaçatana qədər.

Beləcə yaşadıçiçək ömrünü,Beləcə yaşadımələk ömrünü.Beləcə uzatdıgödək ömrünüMürşidim, əfəndim,ərənim mənim.

Qurutdu gözlərinaxan yaşını,Kəsdi tayfalarınsərt savaşını.Müqəddəs Kəbəninqara daşınıYenidən Kəbəyəhörənim mənim.

Nurdan ayrılmadınurlu həyatda,Haqq tapdı kamınıo uca zatda.Batinin altında,yeddinci qatdaYeni bir batinigörənim mənim.

Ruhu ipək olub,qəlbi zər olub,Hər sözü bu gün dətəzə-tər olub.Qırx ilin başındapeyğəmbər olub,Peyğəmbər çiçəyidərənim mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri