Qəzəl
Hara düşdü Şəhriyarım, ax, diyar görmək istərəm,Haqq diyarımtək orada da haqq diyar görmək istərəm.
Yenə yandı bağrım mənim, təzələndi ağrım mənim,Zamanı, ruzgarı, dövrü, vaxtı yar görmək istərəm.
Nə müddətdi yolu gözlər bəxti kimi qara gözlər,Arazdan körpü salmağa ixtiyar görmək istərəm.
“Eyvaz gəlib yatmayınca, yatmaram” – dedi şair,Mən Eyvazam, çatmaq üçün baxtı yar görmək istərəm.
Şah taxtına baş əymədi Nəsimilər, Füzulilər,Mən ölsəm də demərəm ki, taxtı yar görmək istərəm.
Dərman özüm, dərd özüməm, Azərbaycandı torpağım,Yol gözləyən qoca, cavan, ixtiyar görmək istərəm.
Bu tayda Bəxtiyarımı bəxtiyar gördü gözlərim,O tayda Şəhriyarımı bəxtiyar görmək istərəm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qezel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoru mənliyini od qoruyantək,İsmət qoruyantək, ad qoruyantək.
Xeyir-dua ver, ana!Uzun yola çıxmışam,yol uzaqdan uzaqdı,
Qəfil gələn sevinc nə gözəl olurÖzün də bilmirsən harda gizlənir,Çiçəyə bürünür, qarda gizlənir.
İlahi sevgilərQəlbində ocaq var, əlində od var,Mənə öz qəlbini, öz əlini ver.
Başqa şairlərin şeirləri · Fələk və tale
Rüzgarlar dalğaların könül sirdaşı olmuş,Dalğalar rüzgarların ömür yoldaşı olmuş.
XəzərXəzər maviliyi tale rəngimdi,Ən uca göydələn Xəzərdir mənə.
Əgərçi bir neçə gün iqtizayi-aləmi-dunƏgərçi bir neçə gün iqtizayi-aləmi-dun,Cahanda eylədi iqbal ra’yətini nigun.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.