Qəzəl
Anam desə oğlum hanı, eşq oduna yandı deyin,Eşqin yolunda ölməyi bir ölməzlik sandı, deyin.
Saraldı gözünün kökü tozlu yollara baxmaqdan,İlqar verən yalan çıxdı, ilqarını dandı deyin.
Çatırmış ömrünün sonu, axır günüymüş aşiqin,Cani-dildən sevdiyi yar unudanda andı deyin.
Gecə-gündüz yarım dedi, özgə xəyala düşmədi,Həyat nədi, insan nədi son nəfəsdə qandı deyin.
Neyləsin ki, çatammadı maralının vüsalına,Öldürən bir nazlı gözəl, ölən Zəlimxandı deyin.
1973, 18 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qezel-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandırBilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.
Dilbər ("Ey dilbəranə tərzdə cövlan edən cocuq!")Ey dilbəranə tərzdə cövlan edən cocuq!Yeksər musurmanın ürəyin qan edən cocuq!