“Sarıtel”
Yenə coşdu dəli könlüm,Atam, anam, ay “Sarıtel”.Yetər nə ki sızıldatdın,Qoyma yanam, ay “Sarıtel”.
Ürək sonsuz, dodaq yetim,Sənsiz mənim nə qiymətim.Sənsən eşqim, məhəbbətim,Qaynar qanım, ay “Sarıtel”.
Az yandırsan, dərdim azmı?Heç bilmirəm qışmı, yazmı?Saz aşığı tanımazmı,Zəlimxanam, ay “Sarıtel”.
1973, 9 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-saritel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə şər qarışdı, gün axşam oldu,Necə tez gödəldi ömrü günlərin.
Həyatdan ikinci ömür istəməHəyatdan ikinci ömür istəmə,Onsuz da heç kəsə verəsi deyil.
GöyçədəKönlüm saz eşqinə yaşıl tağ atdı,Köküm Borçalıda, özüm Göyçədə.
ÜstədiYaşıl yaylaqların yayına qurban,Gözəllər yenə də bulaq üstədi.
Başqa şairlərin şeirləri
Qaçan ol sərvi-səhi nazilə rəftar eylər,Gövhəri-əşki gözüm payinə isar eylər
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,