Əgərçi bir neçə gün iqtizayi-aləmi-dun,

Cahanda eylədi iqbal ra’yətini nigun.

Zəmanə surəti-əhvalim etdi digərgun,

Vəfa xətinə qələm çəkdi çərxi-buqələmun,

Bu gün zəmanə ol əhvaldən peşimandır,

Əgərçi kafər idi, haliya müsəlmandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale