Cavanlıqla qocalıq,O getməmiş bu gəldi.Gözlərim yalan oldu,Ciyərimdən su gəldi.

Düçar oldum naşıyla,Zaman döydü daşıyla.Gözlərimin yaşıylaCənazəmi yu, gəldi.

Nə iştah var, nə də aş,Yaş üstünə gəldi yaş.Gün batdı yavaş-yavaş,Ömrün qürubu gəldi.

Yalta, 2010, 19 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri