Mən ruhuma arxayınam,qüvvətim, gücüm onda,Ən möhtəşəm müdafiə,ən qəti hücum onda.Ancaq ruhun gücü yetərmin illərə çatmağa,Min il yatmış duyğularıyenidən oyatmağa.Ömrüm boyu baş əymədimbir yağıya, bir yada,Ruhum çəkib çıxardacaq,gəmim batsa dəryada.

2010, 20 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri