Hüseyn Arifə

Qarlı yaylaq, qızıl qaya, göy çəmənBəzəyidi, xınasıdı şairin.Qartal desə,baş endirib zirvələrMətləbini qanasıdı şairin.

Bu torpaqda hər kim açsa gözünü,Əziz bilsə ocağını, közünü,Kəlməsini, hikmətini, sözünüYada salıb anasıdı şairin.

Xan Arazdı sahilini aşması,Dəli Kürdü havalanıb coşması.Ürəklərdə bayatısı, qoşmasıSarayıdı, binasıdı şairin.

Nəfəsidi çəmənlərin tər gülü,Nəğməsidi, incə-incə dər gülü.Vətənimin hər çiçəyi, hər gülü,Dilbəridi, sonasıdı şairin.

Qəlbini duy, asan bilmə gəl qəmi,Ağır olub el möhnəti, el qəmi.Yad eyləsən Ələsgəri, Dilqəmi,Kövrək qəlbi yanasıdı şairin.

Hey dilində əzbər olub dost adı,Zərgər kimi zər seçəndi, ustadı.El atası, Səməd Vurğun ustadı,Azərbaycan anasıdı şairin.1975, 5 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar