Göz açanda dünyayaBu torpağa vuruldum.Hər ota, hər çiçəyə,Hər yarpağa vuruldum.Qəlbimdə torpaq eşqiGöylər qədər dərindi.Əzəl gündən, ey Vətən,Məni havalandıranSənin nəğmələrindi.

Əlvan çəmənlərindənİncə-incə dərdiyim,Əziz bir nemət kimiYarıma göndərdiyimO gülşən də, o gül dəNaxışındır, zərindir,Sənin töhfələrindir,Sənin nəğmələrindi.

Nəfəsiylə isinib,Həvəsiylə coşduğum,Oxuduğum, duyduğum,Öyrəndiyim, qoşduğumYaşın qədər qədimdi,Özün qədər şirindi.Ürəkdən nə gəlirsə,Sənin nəğmələrindi!

1975, 13 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar