Gündüz keçib gedən ömürözümün yox, özgənindi,Şair tapır öz ömrünüsəssiz keçən gecələrdə.

Düşüncəsi yerlə göyünvəhdətindən tutub maya,Özü yerdə, fikri-zikriyüksəklərdə, ucalarda.

Əldə qələm, öndə varaq,baxışları çıraq-çıraq,Ömür gedir, vaxt əriyirmisralarda, hecalarda.

Şeir sevgi nəğməsidigəncliyimin dodağında,Şeir Tanrı duasıdırmüdriklərdə, qocalarda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq