Şeirimin doğum günü
Bu gün şeirin dünyasıdı,təptəzə şeirim doğulub,O şərəfə süfrə açıbsözdən ziyafət verirəm.
Sözsüz dünya lal-kar olar,yer çevrilər cəhənnəmə,Qəlbimin hər bucağındasizə bir cənnət verirəm.
Yer üzünün rəssamıyam,fırça mənim əlimdədir,Hər sözə bir naxış vurubtəzə bir zinət verirəm.
Arı ilə dost olmağımbu gün verib bəhrəsini,Hər sözümə bal qatılıb,hər kəsə nemət verirəm.
Mənim şeirim gülüstandı,hər çiçəkdən dərmək olar,Kim nə dərsə halalıdır,halal bir nemət verirəm.
Təzə ruha, təzə səsəəl qaldırıb amin deyin,Bu gün candan can ayrılıb,könüldən sərvət verirəm.
Qəbul etsin dəvətimi,unutmasın söhbətimi,Gələn məni bağışlasın,bir azca zəhmət verirəm.
Safdı ruhum, safdı eşqim,nəfəsim də saf qalacaq,Mən də şeirin dünyasınabu cür təravət verirəm.
Ölüm haqdı, Zəlimxan dabu dünyadan köçüb gedər,Şeirim könül əmanəti,sizə əmanət verirəm.
2011, 13 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-seirimin-dogum-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma,Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma!
GəlirBu gün xəyalımdan gör nələr keçir,Yadıma keçmişim, dünənim gəlir.
DemərəmYolum, məni çatdırmasan arzuma,Uçurum billəm, yol demərəm mən sənə.
And yerimizVətən bizim qibləmiz,Vətən eşqi şahımız.
Başqa şairlərin şeirləri
Axı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?
Aparır ayə fələk mehri-cəmalından nurAparır ayə fələk mehri-cəmalından nur,Bədnəzərlər nəzərindən eləsin həq səni dur!
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı