Arzulara çatmaq üçünZaman bir at verdi mənə.“At muraddı, min çap” — dedi,Tanrı murad verdi mənə.

Quraqladı, yağışladı,Naxış vurdu, naxışladı,Səhra dəvə bağışladı,Dərya Qırat verdi mənə.

Şeirim çeşmə, qəlbim bulaq,İçimdədir yaxın, uzaq,Yerdə kökəm, göydə budaq,Sevgi qanad verdi mənə,

Özüm ovçu, ruhum səyyah,Qələmim qul, ilhamım şah,“Yarat” — dedi qadir Allah,Qaynar həyat verdi mənə.

Saldım nurlu yolu sözdən,Bir yük tutdum dolu sözdən,Ulu Tanrım ulu sözdənBol ehtiyat verdi mənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq