Solan çiçək
Ürəkdən baş əyirdi onun dərin eşqinə,Səhnəbanı uçurdu Ələsgərin eşqinə.Bağbanı şair olan bir bağçanın barıydı.Dodağında görünən,Yanağına bürünən,İçəridən baş verən eşqin alovlarıydı!Güllərə deyirdi ki, ən istəkli gül mənəm,Sevənlərə deyirdi ən odlu könül mənəm!Bulaqlara baxanda sulardan saf olurdu,Elə gözəlləşirdiTəbiəti görəndə,Təpədən-dırnağacan ağıl, insaf olurdu.Özünü bu dünyanın bəxtəvəri sayırdı.Hayana baxırdısaOnu səadət öpür, sevinc qucaqlayırdı....Yenə şirin xəyalda qapanıb dünyasına,Bürünüb duyğuların təmizinə, xasına,O, öz dünyasındadır, yox dünyadan xəbəri,Hələ bilmir ömrünə,Hələ bilmir eşqinəKim endirib xəncəri!Onun qız ürəyindəMin bir diləklə bağlı,Xoş gələcəklə bağlıNeçə aləm birləşir.Ağ günləri düşünür,Toy haqda fikirləşir!Nədir fikrindən keçən?– Əvəzəm bu dünyada atamın var-yoxuna,O qıyarmı heç mənim ürəyimə toxuna.Yurdunda çıraq tutan din-imanı tək mənəm,Onun gözlərindəki işıq, gələcək mənəm!Söndürmək istəyərmi gözündəki işığı,O heç rəva bilərmiEldə küskün dolana evinin yaraşığı!Yox, yox, dünya dağıla, mənim könlümü qırmaz,Sevgimə çəpər olub,O, mənim ürəyimi Ələsgərdən ayırmaz.Məndən çox əzizləyir Ələsgərin xətrini,Öz doğma oğlu kimi ondan alır ətrini.Ələsgər də atamı seçmir öz atasından,Sevincinə sevinir, kədərlənir yasından,O, burda hər addımı Kəbə, ziyarət bilir.Atam “oğul” deyəndə,Bu kəlməni özünə ən böyük hörmət bilir.Demək, dünya mənimdir,Ələsgərin sevgisiGülümdür, gülşənimdir!Ən şirin arzularla açılır xoş səhəri,Atası nə gündədir,Əmisi nə kefdədir, yox dünyadan xəbəri.Səhəngini götürüb gedir bulağa sarı,Baxır Səhnəbanıya,“Yazıq qız”, – deyə-deyə baxır kənd adamları.
Səhnəbanı çatanda gül bulağın başına,Baxışları sataşdı Zöhrənin göz yaşına.Nəsə qəlbinə damdı,Düşündü öz-özünə:Bəla mənim bəlamdı.– Danış, ay Zöhrə, danış, gözündəki yaş nədir?Söylə bu təlaş nədir?Sən ki elə həmişə danışansan, gülənsən,Sevincini hamıya çatdıransan, bölənsən.Kimdi səni ağladan,O ürəyi daş insan?– Səhnəbanı, o sənsən,Sənsən məni ağladan,O ürəyi daş insan!Bu xəbəri biləndənGözümdə heçdir cahan.Səni səndən xəbərsizAlıb Pullu Məhərrəm!Həyatını, eşqini,Zəhərli ilan olub,Çalıb Pullu Məhərrəm!Öz daşımı qoymağaÖz divarım var deyib.Sənin kimi gözələHeyif, min dəfə heyif!Səhnəbanı eşitdi bu ağrını, dəhşəti,Ayaq üstə durmağa gücü çatmadı qəti.Dirsəkləndi bulağın hündür, qara daşına,Elə bil ki, göylərin qarı yağdı başına.Bədən dondu buz kimi,Ələsgərin bəxtinəDoğmuşdu Günəş kimi,Batırdı ulduz kimi!Onun dolu səhəngi qaldı, bulaqda qaldı,Daha bulaq başındaDemək, gülmək, ağlamaq qaldı, uzaqda qaldı.
Səhnəbanı of deyib dərindən bir ah çəkir:– Bu nə dağdı görəsən, sinəmə Allah çəkir.Daha bu gündən belə dünya qızıl olsa da,Mən daş-qaşı neylərəm!Yoxsa iştaham mənim,Yağlı aşı neylərəm!Mən arzu bəsləmişdim qanadlanıb uçmağa,Uzanmışdı qollarım yar boynunu qucmağa,Nəfəsimi dərməmiş hələ sinəmdolusu,Döydü çiçək ömrümü təbiətin dolusu.Ələsgərin önündə mən özümü dünyanınGünahkarı sayıram.Yaşamaq istəyirdimYüz il yarımla qoşa,Bu günsə mən özüməÖlüm arzulayıram!Mən arzu bəsləmədim bir dünyalıq qəm üçün,Mən ömür istəmədim göz yaşına yem üçün.Mən arzu bəslədim ki,Səpələnsin sevincim həftələrə, aylara,Eşqim meydan oxusun coşqun axan çaylara.Mən arzu bəslədim ki, Göyçə gölündən duru,Göz yaşları içində sönür gözümün nuru.
Dərəyə çiskin çöküb, dağ başında duman var,Dünyanı qarışdıran qarışıq bir zaman var.Zalım cəllad əlində qəlbinə qan daman var,Göyçə gəlin köçürür Məhərrəmin evinə!
Eşitməsin qulaqlar belə söhbət, belə saz,Heç gözlülər görməsin belə qəmzə, belə naz.“Girdim yar bağçasına, ağlayan çox, gülən az”Göyçə gəlin köçürür Məhərrəmin evinə!
Onun şüşə ürəyi sınıb tökülüb gedir,Ömrümün sarayında divar sökülüb gedir.
Qaməti yumaq olub, qəddi bükülüb gedir,Göyçə gəlin köçürür Məhərrəmin evinə!
Bəxtindən, taleyindən üzüb əli, ağlama,Dərdin, qəmin əlində olub dəli, ağlama,Ağlama, ay Göyçənin şux gözəli, ağlama,Arzu at oynatmasın, meydan o meydan deyil!
Ağıllısı, dəlisi, qocası var, gənci var,Ağsaqqalı, gədəsi, şuluğu var, dinci var.Hələ çox dəryalarda batıb gedən inci var,Üzə çıxarmaq üçün insan o insan deyil!
Hələ qalır dünyada “Əsli Kərəm” dünyası,Hələ sürür hökmünü həsrət, vərəm dünyası.Qəm üstündə köklənib, zildədi qəm dünyası,Sevincə çatmaq üçün dövran o dövran deyil!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-solan-cicek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,