Peyğəmbər dilindəkiən mübarək kəlmədi,Yerlərə könül verib,göylərə yüksəlmədi,Şəhidlik qisməti dəİlahidən gəlmədi, —Bu əlçatmaz ucalıqheyrətdi, heyrət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl

Gözüm yox bu dünyanınsərvətində, zərində,Budaqlarım buludda,köküm-rişəm dərində,Niyə şəhid olmadımÜhüd döyüşlərində? —Nədən bu ağır sualverir xəcalət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl

Şəhidlikdir qaldırandini də, imanı da,Şəhidlikdi zəfərəqaldıran insanı da,Şəhidlikdi yazdıranmillətə dastanı da, —Allahın özü versinhünər, cəsarət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl

Bu gün də dilimdədirbayatılar, ağılar,Yenə də hücumdadırqaniçənlər, yağılar,Şəhidləri olmasa,millət batar, dağılar, —Ondan gəlir tükənməzəbədi qüdrət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl

Dinimin ayağınagünah yazırlar bu gün,Ayağımın altınıyaman qazırlar bu gün,İslamın dediyinitərsə yozurlar bu gün, —Cavabını verməsəm,min dəfə lənət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənəl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq