Dağlara qovuşub daşlar oxuyur,Daşlara qoşulub quşlar oxuyur.Arıyla qol-boyun çiçək oxuyur,Buludla baş-başa şimşək oxuyur.Gövdələr oxuyur budaq dilində,Dalğalar zəngulə, təpələr nənni,Çeşmələr xanəndə, çaylar müğənni,Bulaqlar oxuyur “Segah” dilində,Təbiət oxuyur Allah dilində.Düz-dünya dil açıb, yer-göy oxuyur,Mənim ürəyimdə coşan, çağlayan,Görünən yerlərin rəngi, cilvəsi,Görünməz göylərin yeddi qatıdı.Bu da təbiətin səs xəzinəsi,Bu da təbiətin muğamatıdı.

2003, mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar