Uduzarsan, çox oynasan alovla
Yad ellərdə gözəl sevmək xatadı,Qürbət səndə, sən qürbətdə qalarsan.Baxışların ovsununa düşərsən,Ögeyləşib buz həsrətdə qalarsan.
Nəfsini bas, hisslərini cilovla,Ovlayırsan çiçək ovla, gül ovla.Uduzarsan çox oynasan alovla,Əsir olub əsarətdə qalarsan.
Doğmalıqda keçən hər an şirindi,Öz diyarın hər diyardan şirindi.Dərk etməsən Vətən yardan şirindi,Ömrün boyu xəcalətdə qalarsan.
2004, oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-uduzarsan-cox-oynasan-alovla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Danışır anamSən qürbətdə qalalı,Qürbəti sevmişəm mən.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,