Ürəkaçan yol gedəsən,Dərdin-azarın olmaya.Allah yolundan savayı,Başqa güzarın olmaya.

İtməyə yerin-yerişin,Haqqınan ola hər işin.Dünyayla alış-verişin,Behin-bazarın olmaya.

Çəmən anan, çiçək bacın,Başın üstə günəş tacın.Qürbətdə bir ağrın-acın,Qərib məzarın olmaya.

2006, avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran