Birnəfəsə səninləyeddi bələn aşardıq,Sellər kimi kükrəyib,sular kimi daşardıq.Zirvəyə salam verib,dağla qucaqlaşardıq,Ürəyim, ay ürəyim.

İman adlı işıqda,sevgi adlı dindəsən,Eşqin göy yaylağında,yaşıl sinəsindəsən.Sən qaya köksündə yox,şair sinəsindən,Səni mənə ilahipay verib, pay, ürəyim.

Ruhumuz göylərdədi,yerdə cana sığmırıq,Cahan bizə sığışır,biz cahana sığmırıq,Çox imtahan vermişik,imtahana sığmırıq,Sən bir qaynar çeşməsən,mən dəli çay, ürəyim,Ürəyim, ay ürəyim.

Yarıyaşa çatmamışməzarımız qazılsa,Adımız, soyadımızbaşdaşına yazılsa,Əhdimiz unudulub,dostluğumuz pozulsa,Yazıqlar olsun sənə,vay sənə, vay ürəyim,Yazıqlar olsun mənə,vay mənə, vay ürəyim.

Almaniya, Münster şəhəri, 2008, 15 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri