Vaxt əlində oyuncaqsan,Yazıq bəndə, tifil bəndə.Doğum günü asta-asta,Ölüm günü qəfil, bəndə.

Ömür çatmaz kama nədən?Külək qənim şama, nədən?Sənə qalmaz zəmanədənNə umursan, səfil bəndə?

Dərələrdə sel bükülür,Gərdən sınır, bel bükülür,Dağ yıxılır, fil bükülür,Sən nə dağsan, nə fil, bəndə.

Gül istədin, qanqal gördün,Dərddən ürəkdə xal gördün,Ayağında qandal gördün,Dodağında qıfıl, bəndə.

2003, 1 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri