Mən ki yeddi bələndətükü tükdən seçərdim,Hardan endi gözüməçəni, bilə bilmədim.Həsəd aparardılarqapqara tellərimə,Niyə düşdü saçımadəni, bilə bilmədim.

Başda fikir dünyası,könüldə ah dünyası,Yoxsuldu nökər ömrü,varlıdı şah dünyası.Ah, bu qarın davası,ah, bu tamah dünyası,Çaşdım səmti, qibləni,yönü bilə bilmədim.

Cavabı tapılmayansuallar durdu qəsdə,Biz niyə bölünmüşük,islama, xaçpərəstə?Duyğular yığın-yığın,fikirlər dəstə-dəstə,Min bir fikir oxudum,dini bilə bilmədim.

Yolçuyam, yol gedirəməllidən yüzə doğru,Dağdan aşmış bir Günəm,enirəm düzə doğru,Sənə sarı yeridik,gəlmədin bizə doğru,Dünya, özümü bildim,səni bilə bilmədim.

2003, 28 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri