Vətən eşqi
Birmi, beşmi söyləməklə qurtarasan sırasını,Bu – göz eşqi, bu – qəlb eşqi, bu – can eşqi, bu – tən eşqi!Torpaq, Günəş sevgisidir minbir dəfə gücləndirən,Sal qayalar sinəsində ağac olub bitən eşqi.
Kimini dərd dilləndirir, kimini həsrət oxudur,Kim nə zaman oxuyursa, eşq adlı sərvət oxudur.Yerə, göyə, Yaradana ulu məhəbbət oxudur,Bülbül olub, cəh-cəh vurub, budaqlarda ötən eşqi!
Kim hayanda doğulubsa, ora onun məbədidi,Yurda arxa çevirən kəs naqislərin ən bədidi.Milyon illər gəlib-keçə, dəyişməzdi, əbədidi,İnsan üçün yurd sevgisi, millət üçün VƏTƏN EŞQİ!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-veten-esqi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömür neçə dəfə sınaqdan keçir,Yaz dövrü, yay dövrü, qış dövrü varmış.
Mənim sözlərimin yalan yeri yoxDünyanın suyunu bulandırmışıq,Bir qarış salamat qalan yeri yox.
Su gözünə çöp yığılıbİşığı söndü şamların,Kərəni yatdı damların.
İtirdiyim “dosta” ərməğanYoxsulluq əlindən göz açmayaydım,Kasıb doğulaydım, kasıb öləydim.
Başqa şairlərin şeirləri · Eşq
از ساکنان فرش فراموش میکنی
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
– Neçin pəncərəmi döydün, ey külək?– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.