Yadımda qaldı
Gəldim bu dünyanı seyr eləməyə,Bulaqlar səsiylə yadımda qaldı.Dəniz uğuldadı, dalğa oxudu,Sular nəğməsiylə yadımda qaldı.
Yuxarı zirvədi, aşağı dərə,Gözü gördüyünə vuruldu hərə.Şikəstə ziliynən qalxdı göylərə,Muğamat pəsiylə yadımda qaldı.
Düzdə kəli gördüm, dağda kəkliyi,Köçürdüm könlümə gül-çiçəkliyi.Sevdi zirvələrdə qartal təkliyi,Durnalar dəsiylə yadımda qaldı.
Gözəlin əsli var, igidin soyu,Gülləndi sevgisi, çalındı toyu.Yaşamaq istədi min illər boyu,Könül həvəsiylə yadımda qaldı.
Çiçək dəstə-dəstə, gül qucaq-qucaq,Hər lalə çəməndə alışan ocaq.Atamdı, anamdı bu ana torpaq,İsti nəfəsiylə yadımda qaldı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yadimda-qaldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağlama, dözmürəm ağlamağına,Ağlama, gözünün yaşını saxla!
Mən də gedəsiyəmXəstəxanada mənə baş çəkməyə gələnlərin əksəriyyəti bir-*birindən xəbərsiz eyni cümləni təkrar edirdilər: “Dur ayağa, xəs -*
Can ağrısının cavan xəstəyə sualıİstəyirdin bir nəfəsə yüz bələni aşasan,İstəyirdin dəniz kimi qaynayasan, daşasan,
Mən onda bildimBir dünya gözəli çıxdı qarşıma,İnsan nə deməkdi, mən onda bildim.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Nameye-sevvom. Rəftəne-Səba be suye-mə’şuq (Üçüncü məktub. Səbanın mə’şuqənin yanına getməsi)Ol peyk Səba çü mindi atı,Xoş sürdü iradət ilə qatı.
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
GedirəmDurum dolanım başına,Ala gözlü yar, gedirəm.