Nameye-sevvom. Rəftəne-Səba be suye-mə’şuq (Üçüncü məktub. Səbanın mə’şuqənin yanına getməsi)
Ol peyk Səba çü mindi atı,Xoş sürdü iradət ilə qatı.
Gəh gerdə bulaşdı, gəh ğubarə,İrişdi məqami-gül’üzarə.Gördü ki, çəmən yenə münəvvər,Zülfindən anın cahan müəttər.Gördü anı bağbani-məhrəm,Kim, gözlər idi yolunu hər dəm.Yanına gəlib dedi ki, ey Bad,Qıldınmı yenə bu kari bünyad?Qayıt ki, bu işə çarə yoxdur,Mundan nə cigərdə yarə yoxdur?Anın təki iti var hezaran,Fəryad konan, qəm ilə nalan.Qılmaz birisi anın şikayət,Olmaz, qamusu bilür, inayət.Növ aşiq olubdurur o miskin,Ol dəxi dapar son ucu təskin.Qayıt, yenə bizni qılma bədnam,Nagah özüni salma dər dam.Söylədi Səba ki, əbsəm, əbsəm.Öldürsə dəxi ki, çəkməzəm ğəm.Sən varmaz isən varuram özüm,Ərz eylərəm ana cümlə sözüm.Mehr etsə, nə ğəm olu himayət,Qəhr eyləsə, bəs degil kifayət.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dehname-nameye-sevvom-reftene-seba-be-suye-me-suq-ucuncu-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.
Ta kim, zülfin niqabi mahtab üstündədirTa kim, zülfin niqabi mahtab üstündədir,Bir bulud nisbətlidir, kim, afitab üstündədir.
Ta səri-kuyində bu könlüm müqim olmuş dururTa səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.
Təala şanəhu əkbər, bu nə hüsni-dilaradırTəala şanəhü əkbər, bu nə hüsni-dilaradır,Cəmalın huridən yeyrək, boyun tubadan əladır!
Başqa şairlərin şeirləri · Eşq
Şahmar zülfün bədnəzərdən daldala,Çinlə gərdənində həmayıl eylə!
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Göstərirsən üz ki, xurşidi-cahanara budurAləmə sən od vurursan, rəsminiz guya budur.
Dünyanın ləzzətiQadınlar eşqinə dinər kaman, saz,Sevgi onlardadır, ruh onlardadır.