می نمایی رخ که خورشید جهان آراست این
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
می نمایی رخ که خورشید جهان آراست اینمی زنی در عالمی آتش که رسم ماست این
Göstərirsən üz ki, xurşidi-cahanara budur,Aləmə sən od vurursan, rəsminiz guya budur.
بر رهت افتاده ام یک ره نبینی سوی منبا فقیران خود ای مهوش چه استغناست این
Mən yolunda düşmüşəm, bir yol mənə baxmırsan heç,Ey ayüzlüm, etibarın aşiqə, aya, budur.
برد راحت قامتت از جان و رفتارت ز دلوه چه رفتار لطیف و قامت رعناست این
Qamətü rəftarın aldı canü dildən rahəti,Sərvlərdən də gözəl bir qaməti rəna budur.
از قد و زلفت دل و جان را خلاصی مشکل استآفت جانهاست آن دام ره دلهاست این
Qamətü zülfün əlindən canü dil olmaz xilas,Canlara afət odur, dami-dili-şeyda budur.
از تو روزی وعده قتلم نمی یابد وفامی کشد حسرت مرا امروز یا فرداست این
Bircə gün olmaz ki, qətlim vədəsi gəlsin başa,Öldürən həsrət məni, ey yari-bipərva, budur.
ای خوش آن ساعت که در محشر مرا خوبان بهمترسناک از دور بنمایند کآن رسواست این
Kaş məhşərdə gözəllər mən fəqiri göstərib,Söyləsinlər qorxa-qorxa aşiqi-rüsva budur.
Məqtə — şairin təxəllüsü olan son beyt. دوستان در سر فضولی را هوای عاشقیستخود نمی گوید ولی از طور او پیداست این
Məqtə — şairin təxəllüsü olan son beyt. Var başında eşq sevdası Füzuli xəstənin,Söyləməz amma onun dərdindəki məna budur.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-347
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl, Saqi, dər ol laləni ver nəşə bağından,Bir lalə ki, könlüm köz olub şövqü dağından.
Ud ilə söhbətYüz nəşə ilə bir gecə bir bəzm düzəltdim,Mən bu işi bir hikmət üçün bərqərar etdim.
Beşinci camın keyfiyyətiVer, Saqi, o Kövsər qarışan mey dolu camdanOl cam ki, behişt huriləri təşnədir ondan.
Setar ilə söhbətBir gün namaz üstündə durub qəlb ilə əlbir,Açmaqda idim sirlərimi Allaha bir-bir.
Başqa şairlərin şeirləri · Eşq
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Ürəyim çox yaman sancdıÜrəyim çox yaman sancdı.Dedim ölüm sevgi kimi ürəyimə
Ey nihali-qamətin sərvi-xuramanım mənimEy nihali-qamətin sərvi-xuramanım mənim,Vey cəmalın gülşəni firdovsi-rizvanım mənim,