Yaşamaq
İgidi atından ayrı sal – yaşamaz,İnsanı zatından ayrı sal – yaşamaz,Ürəyi odundan ayrı sal – yaşamaz,Çinarın ruhunu, palıdın kökünüTorpağın qatından ayrı sal – yaşamaz!
Dədələr Qorqudtək dədəni yaşadar,Gələni itirməz, gedəni yaşadar.Vətəndaş olanlar Vətəni yaşadar,Qeyrətli dünyanı çiyində gəzdirər,Qeyrətsiz nə səni, nə məni yaşadar!
Oğul ol, od qoru, ocağın yaşasın,Kökünə arxalan, budağın yaşasın.Məsləkə sirdaş ol, bayrağın yaşasın,Günəş ol, səhəri sevgiylə qarşıla,Yağış ol, yerə hop, torpağın yaşasın!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yasamaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.
DərdAzərbaycan parlamentində, xalqımızın ali məclisində*özünü apara bilməyən bəzi millət vəkillərinə*
GörünürYükü çəkə bilməyəndə,Dərdin birə min görünür.
Ömrün son günüDünya məndən dönən günü,Dünyadan əlim çıxacaq.