Yaylıq
Kədəri, həsrəti bəzən bir anlıq,Bəzən də həftəlik, aylıq görübdür.Qəlbi kövrələndə, gözü dolandaİnsan əllərində yaylıq görübdür.
Dumanı dağıdan küləyə bənzər,Nisgilli gözlərin silər nəmini.Dünyanın dərdini yüngülləşdirər,Silər ürəklərin dərdi-qəmini.
Bir qarış parçatək baxmayın ona,Yağışda islanmış düz kimi baxın.Yaylıq gözümüzün qayğıkeşidir,Gözü qoruyana göz kimi baxın.
1972, 13 avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yayliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məktəb – ana qoynu, ana qucağı,Bir-bir o qucaqdan pərvazlanmışıq.
Şairlər özünü qoruya bilməz“Amandı özünü qoru” – deyən dostlarıma*Yanmış ağac kimi quruyan canım,
Mən sənə şeirlər oxuyacağamMən sənə şeirlər oxuyacağam,Arzudan, ümiddən, sevgidən, səndən.
Hardan gəlir ZəlimxanHardan gəlir Zəlimxan – anasının südündən,Atasının insanı yüksəldən öyüdündən,
Başqa şairlərin şeirləri
Necə könlün intizarım çəkirdi,Şükür haqqa, aşikarı görüşdük.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum