Yol getməyi sevirəm,İstər piyada, istər atlı.İstər qanadsız,istər qanadlı.Yol getməyi sevirəm,İstər yoxuş olsun,istər eniş.Harda istəsən dayan,yol uzun, meydan geniş.Yol getməyi sevirəm,Yağış olsun,qar olsun,Ya sərt tufanlı bir qış,Ya güllü bahar olsun.Yol getməyi sevirəm,Dolanmaq istəyirəmdolayların başına.Dincəlmək istəyəndəBaş qoymaq istəyirəmMamırlı qayasına,qara, çopur daşına.Yollarda durulmuşam,Yollarda dirilmişəm.Ox kimi atılmışam,Yay kimi gərilmişəm.Yollarda cığır salıb,Yollarda yol olmuşam.Üfüqlərə, göylərəUzanan qol olmuşam.Yol getmək istəyirəm,Çəni də, çisəyi də,Daşı da, kəsəyi dəƏriyə zərrə-zərrə,hopa mənim canıma.Dönə təriqətimə,dinimə, imanıma.İstəmirəm min il yaşayam,Ömrümün üstünə, ömür,Canımın üstə can gələ.Öləndə də yollardaölmək istəyirəm,Ölüm xəbərim evdən yox,Ruhumun, canımın,Dinimin, imanımın,Əbədi beşiyi,Yollardan gələ!

Bişkək, 2009, iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri