Havası hər zaman ürəyimdədi,Havalı yolların, dəli yolların.Ömrümü özündən uzun eyləyər,Astadan əsəndə yeli yolların.

Sevinsə, hər yanı gül-çiçək açar,Sükut baş götürüb əlindən qaçar.Yarğandan atılar, qayadan uçar,Arzuya çatmaqçün əli yolların.

Çoxunun ömrünü versə də bada,Azını çatdırar şöhrətə, ada.Düzlərdə düzəlib cavanlaşsa da,Dağlarda əyilər beli yolların.

1975, 26 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar