Qar kimi kövrələr, əriyər babam,Ruhu axşam-səhər bağçalar gəzər.Gözü yaşamaqda, özü yataqda,Eşqi dağlar deyər, ucalar gəzər.

Ayların, illərin keçər başından,Qəlbi soyuq olar divar daşından.Evin ortasında taxtın qaşındanKörpə uşaq kimi güc alar gəzər.

Yersizdi, dərmanı, davanı neylər,Lap dərman olsa da, havanı neylər.Cavanlıq itirən cavanı neylər,Gözü hara baxsa, qocalar gəzər.

1975, 23 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri