Dostum! Hər insandan məna umma sən:O bir günəşdir ki, yanar ürəkdə!Tufandan-tufana düşsə də bəzənO, sönməz şaxtada, uçmaz küləkdə.

Mənadır məhəbbət! Mənadır həyat!Mənasız bir ömür məzara bənzər.Onun lənət olar qazandığı ad,Qoynunda daima əqrəblər gəzər.

Mənadır bu torpaq, o ulduz, o ay,Mənadır hər gülüş, hər açan çiçək,Mənadır o bulud, axıb gedən çay,Mənadır bu dövran, gözəl gələcək!..

Onunla gül açır hər niyyətimiz,Odur döyüşlərdə bayraqdar bizə,Odur ümidimiz, səadətimiz,Odur qanad verən şeirə, sözə!..

Dünya məna üstdə tutubdur qərar,Hər şey məna ilə bəzənib gülür.Bəşərin əbədi bir qanunu var:Mənasız doğulan, mənasız ölür!

Əlini heç zaman üzmə bəşərdən, –Mənasız yaşama bu dünyada sən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar