Dünya, ey gözəl dünya
Gündüzlər – al Günəşin,Gecələr – gümüş Ayın;Bəzən coşqun ümmanın,Bəzən kiçik bir çayınOldu mənə bir həmdəm,Nə dərd bildim, nə də qəm,Dünya, ey gözəl dünya!
Düzlərindən keçmişəm,Sularından içmişəm,Ürəyimdə tufanlar,Dostum – gözəl insanlar;Kimi ağ, kimi qara,Atımı sürdüm hara,Onlara sirdaş oldum,Həmişə qardaş oldum,Yedim şirin barını,Dövlətini, varını,Nə nemətlər var səndə!Qara yellər əsəndəSolur gülün, çiçəyin,Heç açılmır ürəyin,Dünya, ey gözəl dünya!
Qanlı cəbhələrdə mənÇıxmışam döyüşlərdən.Gördüm neçə ölkəni,Tanıyır ellər məni!Şəhərdə gurultunu,Dənizdə uğultunuBir şirin mahnı sandım,Nə bezdim, nə usandım.Ayrılmadım, mən yerdən,Xeyirxah əməllərdən.Sevməsəydim VətəniSevərdimmi mən səni,Dünya, ey gözəl dünya!
Ölməyibdir hələ şər,Təngə gəlibdir bəşərÖlümlərdən, qanlardan.Günahsız qurbanlardan.Qısqanıb tüstümüzəÇox gəldi üstümüzə,Şər dincəlmək bilmədi,Bir sevinib gülmədi.Özünü sandı haqlı,Dolandı qaşqabaqlı...Bir məsləhət verim mən;Daim sayıq yaşa sən,Dünya, ey gözəl dünya!
Nə gizlədim mən bunu;Bəzən aylar uzunuYatmayıram gecələr;Ən qorxunc düşüncələrİnan, deşir bağrımı,Kimsə bilmir ağrımı.Narahatam bəşərdən;Qopmasın bir də tufan,Tökülməsin yenə qan,Sevinməsin fəlakət,Sinən olsun bir cənnət,Dünya, ey gözəl dünya!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-dunya-ey-gozel-dunya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əlvida, gözəl Qaqra!Həmişə yaşıl olan
Şairin yuxusu(dramatik poema)*İştirak edənlər
I şəkilŞirvan. Şahın sarayı. Sarayın qabağında böyük bir bağça. Bağçaya kiçik daş pillələr enir. Bahar səhəridir. Güllər, çiçəklər açılmışdır. Məhəmməd və Qürur bir ağac altında dayanıb söhbət edirlər.*Uzaqdan kəniz qızın həzin mahnısı eşidilir.*
Iı şəkilSaray. Axşamdır. Şamlar yanır. Divarlarda pehlevanların çəng səhnələri canlanır. Axsitan döşəkcə üstündə oturmuşdur. Qəmgindir. Vəzir onun qarşısında dayanmışdır.*VƏZİR.** Buyur, dinləyirəm möhtərəm şahım,