Zimistan dolanır, tez gəlir sabah,Əyyam getməz belə mürtəd, müsəlman!Bundan sonra gələn, eşidən-bilən,Edər sizə təhniz, töhmət, müsəlman!

Qoşunlar cəmləyib namlar aldınız,Qoç iyidlər, intiqamlar aldınız.Arzuya yetişib, kamlar aldınız,Ələ düşdü yaxşı fürsət, müsəlman!

Bir-birinin qənimində durdular,Fürsət çağı ələ düşüb, gördülər.Qanlar töküb, nər iyidlər qırdılar,Bu binamus, bu biqeyrət, müsəlman!

Hansını söyləyim mən bu qisasın?Müxtəsərin deyim, sözün xilasın.Əlsiz zənənlərin soyub libasın,Kəsdi barmaqların, namərd, müsəlman!

Çalan-çapan, oğru dolandı gümrah,Füqaralar deyir: Allaha pənah.İstərəm xudadan bir ədalət şah,Qurban eylər, hər şikayət, müsəlman!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets