Yersiz iftixar
Sizə deyim qəribə bir hekayət,Ağıllılar ondan alsın bir ibrət.Küdü dəni düşdü çinar altına,Qorxutmadı onu yağış, qasırğa.Qucaqlayıb çinarı tez boy atdı,Çinardan da yuxarı baş ucaltdı.Bilmədi ki, çinarın sayəsində,Yer tutmuşdur səmanın sayəsində.Tənə edib dedi: bəh, bəh, ey çinar!Bu bağda sən görmüşsən bir çox bahar.Bir mənə bax azca zaman içində,Qoydum geri səni dövran içində.Bir neçə il qucaqlaşsaq belə biz,Heç kim mənə çata bilməz şübhəsiz.Oynaq olar mənə yüksək fələklər,Meyvə dərər budağımdan mələklər.Çinar gülüb dedi, öyünmə sən də,Hünər məlum olar xəzan əsəndə.Qüdsi xatırladım bu macəranı,Öz həddini aşan səfil gədanı.Bu dünyada yaşayaraq tüfeyli,Pul topladı titrəyərək o xeyli.Güman etdi o bir fərmanrəvadır,Bilmədi ki, yazıq fəqət gədadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-yersiz-iftixar
Use ← → keys to move, R for a random poem
More by this author
Qədim bir kitabda verilmiş xəbər-İranda bir həkim varmış mötəbər.
KələkbazlıqMisirdə bir nəfər Rinud kəndindən,Gedib bir şəhərdə sərbəst gəzərkən,
Məlamət əlamətiÇox gözəl hekayət yadıma düşdü,Ya da bir şikayət yadıma düşdü.
Məşvərətin şərtləriMəna gülşəninin ustadı yenə,Belə güllər səpdi öz gülşəninə:
Poems by other poets
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Vəh, bu bağın nə əcəb sərvi dilaraları varVəh, bu bağın nə əcəb sərvi dilaraları varHər tərəf tazə açılmış güli-rənaları var,