Elə bir fikir ki...
Mən fikir acıyam, mən fikir acı,Fikir möhtacıyam, fikir möhtacı.
Elə bir fikir ki, o mənə rəhbər,Mən ona adicə bir əsgər olum.Onun eşqi ilə doğsun səhərlər,Mən onun yolunda səfərbər olum.Yerimdən oynatsın məni top kimi,Canımdan çıxartsın ətalətimi...
O fikir - öz yolum, öz adım olsunO mənim ən möhkəm qanadım olsun.Dönüb ildırıma, qoy vursun məni,Ulduzdan ulduza uçursun məni.
Elə bir fikir ki, o mənə candanDaha əziz olsun,Can unudulsun.Mənim günlərimə bir yön, bir sükan,Mənim illərimə o, ünvan olsun.Elə bir fikir ki, yansın od təkinZülmət içində də yol versin mənə.Elə bir fikir ki, gördükləriminİçini, məğzini göstərsin mənə.
Onu su keçirib, od əritməsin,Yolunda yay kimi hey gərilim mən.Ömrümün sonuna çatsın, bitməsin,Onu nəvəmə də verə bilim mən.Elə bir fikir ki, arzu da, kam daOnun havasıyla bəslənsin müdam.Elə bir fikir ki, qulaqlarımdaDöyüş nəğməsi tək səslənsin müdam.Elə bir fikir ki, o gülən kimiHikmətlər açılsın,Məna durulsun.Nəyə toxundusa, bir iksir kimiOnun dəyərini bildirən olsun.Elə bir fikir ki, tapmıb onaYoluna güvənim,Qürrələnim mən.Uçum o amalın sonsuzluğunaZirvələr başında zirvələnim mən.Gözə görünməyən ömür yolumdurXəyalla, imanla dolu fikirlər.Mənim səhərimin dan şəfəqləri –Sabahın körpüsü, yolu fikirlər!Zülmətin içində ulduztək yanar,Dəniztək qovrular, göltək çalxanar,Axır mənzilini bir məbəd sanarMüqəddəs fikirlər, ulu fikirlər.Bəzən nalə çəkib tökər göz yaşıHəmişə özümlə durar yanaşı.Özümün hakimi, sözümün başı,Eşqimin, arzumun qulu fikirlər.
İyul, 1970
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-ele-bir-fikir-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
ای شده سوختهٔ آتش نفسانیسالها کرده تباهی و هوسرانی
بی تو مرا یار کیست؟ جان ستم سوختهدر گذر از دل که هست ز آتش غم سوخته