Nekroloq - bir həyatın son nidası,- son səsi,Bir mənalı həyatın ən qısa mənzərəsi.Ömrün bütün günləri tez bir yerə yığışdıon cümləyə sığışdı...Mərhuma bircə anlıq versəydilər ömr əgər,Baxıb, baxıb yad kimi,o buna ağlardımı, o buna gülərdimi?..Boylandı əməllərin ən kütah lövhəsindənmərhum bizə son kərə.Hər kəsin arzuları çoxdur əməllərindənmin kərə, milyon kərə.Ürəkdəki arzular əməllərdən əzəldir,Eləmək istədiyim mənim elədiyimdənhəm çox, həm də gözəldir!Eləysə... Nekroloqa ömür tam olsun deyəƏməllərlə bərabər ən gözəl arzular daniyə yazılmır, niyə?!

Fevral, 1964

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets