Contents
  1. I
  2. II
  3. III
  4. IV
  5. V
  6. VI
  7. VII

Page 4 of 7 · 43%

IV

Götürəlim Şekspirin işbu halda gözəl timsal ola biləcək “Otello”- sunu. Orada Şekspir bir Mavr yaratmışdır. Ona mənsub bulunduğu qövmin əsas sifətlərini və xüsusiyyətlərini vermişdir. O dost sandıqlarına bütün səmimiyyətlə inanar, hətta namusunu, ürəyinin bir parçası olan Dezdemonanı belə ona etibar edər, tapşırar. O, bəyəndiyini bütün varlığı ilə, bir çocuq səmimiyyəti ilə sevər, uğrunda həyatını əsirgəməz. Şübhələndiyi adamın isə həyatına təhəmmül edəməz. Cigərinin yarısı belə olsa onu canavar kimi, yırtıcı kimi didər, xırpalar, məhv edər.

Hərbdə dünyadan ayrılmış bir əsgərdir. Evdə dünyadan ayrılmış bir ər, onun üçün orta yoxdur. İştə mədəni, binaənəleyh, fikri təkamülün ədəm mövcudiyyətindən, səmimiyyəti pozulmamış sadədil həbəşilik ilə cəngavər ərəbliyin qatışmasında vücuda gəlmiş bir Mavr ki, bunun üzərinə Otellonun kim olduğu bilinməsə belə, hankı qövmə mənsub bulunduğu təxmin edilə bilər. Çünki belə adamlar mavrlarda hər addımda bulunur.

Götürəlim Yaqonu, Şekspir özü ingilis olduğu halda, ingilis adı ilə yaratdığı Yaqoya kəndi sənəti xatirəsi üçün bilatərəddüd ingilisliyin əsasi sifətlərini vermişdir. Hiyləgər, dəssas, görənə bir tor qurar. Ən yaxın bir dostunu öz hiylələri üçün vasitə yapıb oyuncaq kimi oynatmaqdan çəkinməz. Təqsirsiz, günahsız insanları çaşdırıb çarpışmalarından, tökdükləri qanlardan istifadə edər. Öz hərəmi, öz namusu üçün birinin əlilə başqasından intiqam almaq istərkən arada altun qazanmağı da unutmaz.

İştə tam mənası ilə bitərəfanə və sənətkaranə yaradılmış bir ingilis bu əsas sifətlərdən sonra Şekspir onun ətrafında fırçası ilə ufaq xətləri çəkmişdir. Həmçinin Dezdemona sadədil, hər şeyə aldanan, heç bir şeydən fənalıq hiss etməyən, bütün səmimiyyətlə sevməyə və sevgisinə bütün səadətini, adını belə fəda etməyə müstəid venetsiyalı bir qadın, eyni halda Radriko oyuncaq kimi əldə oynayan sadədilliyi qismən sərsəmliyədək varan Dezdemona ilə bir çox yerdə ümumi xüsusiyyətlərə malik ikinci bir venetsiyalı. İştə sənətkarlıq. Şekspir bəşəri miqyasda yazdığı əsərində ingilis adı ilə sadədil bir oyuncaq təqdim etsəydi, Şekspir olmazdı, bəlkə də ingilislərdə belə sadədillər yüzlərcə bulunur; fəqət bunlar ümumiyyət üçün bir timsal, bir tip ola bilməzlər.

Burada Şekspir də Ingiltərədən çıxır, Venetsiyaya gedir. Fəqət əvvəla qəhrəmanlarının heç birisi ingilis mühitinin təsirindən yaxa qurtarmamışlar, həm də heç bir şeyi, heç bir şəxs öz vəsf əsasını qayib etməmişdir. Burada sənət bütün mənası ilə arada, sənət bütün gözəlliyi ilə gülümsəyir. Burada həyat təsvir olunur, həm də o, nə göylərdən götürülmüş, nə də fotoqraf şişlərindən çıxarılmışdır. Yazıçı həyatı təbii, özü hiss etdiyi, anladığı kimi yazmış, onun vəsfi-əsasını qeyd etmiş, həm də oxucuda, ya seyrçidə bir həzzi-mənəvi, bir həyəcanibədi təmin edir. Həm də əlavə olaraq bir hüsn əxlaq da təbliğ edir. Bu da bir məziyyətdir ki, burada sənət sənət üçün olmaqla bərabər, sənət həyat üçün olmuş olur ki, ən böyük sənətkarlıq burası və ən böyük qiymət də burasındadır.

Şimdi bu nöqteyi-nəzərlə Cavidin tiplərinə yanaşalım. İlk əvvəl onun türklərini götürəlim. Cəlalı timsal intixab edək. Zatən bu adam keçmişi dumanlı, qırıq, yarımcan bir simadır. Fəqət buralarını o cür ruha və onun tiplərinə yanaşacağımız zamana buraxıb indilik, onun xasiyyətindən ayrı-ayrı timsallar götürürük. Cəlal Anjeli sevir, onu evində saxlayır. Heç bir vəchlə ondan ayrılmayacağını bildirir. Fəqət bir qədər sevdiyi aciz bir qızı, gücsüz bir mələyi bir fransız təhdid edirkən və himayəsinə tapındığı dilbərin qorxduğunu götürkən, Cəlal buna qarşı “tədbir etmək lazımdır” – deyir və susur. Bu hal bir türkə yaraşırmı? Nerədədir ümumən Şərqin, xüsusilə türklüyün coşqun qanı, nerədədir namus və silahından başqa bir şey görməyən türklük?! Bir türk, xüsusən Cəlal kimi əsəbi bir türk sevdiyini təhdid edən bir fransıza qarşı tədbir üçün heç düşünə bilərmi? Düşünməyə vaxt bulurmu? Həmin ardınca fırlayıb yaxalamaz, yaxasını əzməzmi? Heç olmazsa bir ziyalı qovqasına da olsa, duelə də olsa dəvət etməzmi? Belə bir yerdə fransız bəlkə də tədbir arar, bir ingilis bəlkə də hiylələrə çalışar. Fəqət bir türk düşünə bilməz. Bu hələ azdır. Cəlalın şəri hərəminə, öz gözü önündə izhar təəşşük, hətta hərəmi də başqalarla sevişir. Cəlal bunu görür. Fəqət bir neçə saçma sapandan başqa bir şey yapmıyor. Bu nə deməkdir? Insanın çıldıracağı gəlir, bir fransız hərcayısının müaşiqəsinə qızan Cəlal öz şəri hərəminin xəyalına qarşı susur. Halbuki, bir filosof də deyildir. Qısqancdır. qadınların ümumiləşməsi tərəfdarı da deyildir. Acığı gəlir, amma susur. Tühaf deyilmi? Bu hal, qısqanc, coşqun bu kimi ittifaqlarda adətən bir yırtıcı kəsilən türklüyün xüsusiyyətlərinə zidd deyilmidir? İldırımı götürək. O öz namusunu belə özünə tapşıran Cəlalın evində onun namusuna toxunur. Hərəmi kimi satılan Anjeli sevir və əvvəldən tanıdığı xeyirxahlıq bəhanəsilə alır, qaçır, türklər daha fəna işlər görə bilərlər. Fəqət yoldaşa xəyanət etməzlər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Aslan və Fərhad

Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,

44 min
Mənsur və Sitarə

Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.

24 min
Əhməd və Qumru

IƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.

5 min
Parapetdən Şamaxı yoluna qədər

Parapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.

6 min

Poems by other poets