Contents
  1. I
  2. II
  3. III
  4. IV
  5. V
  6. VI
  7. VII

Page 5 of 7 · 57%

V

Göyərçinə gələlim. Birinci pərdədə ərinin xəyanətini görməmişkən belə ərinin ardınca tökdüyü göz yaşları qurumamışkən, əri küçə qapısından hələ çıxmamış başqaları ilə sevişməyə başlayır.

Birinci pərdədə bunu sözlə deməsə də bir kəlmə Əkrəm deməsi izhari-təəşşüq olub, çocuğu qoynunda olmazsa, Əkrəmin ağuşuna atılacağını bildirir. Belə bir vəziyyət alır. Həm də bu bir həqiqətdir ki, gələcəkdə də isbat olunur. Ərli bir qadınkən əri üçün ağlayaraq sevişir. Yavrusu üçün ağlayaraq sevişir. Möhtərəm Kazımoğlu bunu bir ümid, həyat tələqqi etsələr də, biz yavrusu üçün çıldırmış məngənələrdən yavrusunu istəyən bir qadının ümid, həyat olaraq yeni bir eşq intixab edilə biləcəyini, yeni bir əl aranılacağını heç bir vəchlə qəbul etmək istəmərik. Göyərçin sevişir, Afət də elə görəni sevər, tində öpüşər, bulvarda öpüşər.

Nəhayət türklükdə saf əxlaqlı bir qadın yoxmu? Halbuki türk qadını dağlarda qoyun otarar, təkbaşına evdə qonaq qəbul edər, əsgərlər arasında çalışar... fəqət uyuyurkən namusu qoynunda olur. Bəlkə bir fəlsəfə ilə bunun bir namus olmaması iddia olunur. Bəlkə Cəlal üçün iddia etdiyimiz qısqanclıq mənfi bir sifət ədd edilər? Fəqət bu türklükdə bir etiqad, bir xüsusiyyətdir ki, onun ilə hesablaşmalıdır.

Cavidin Edmon adlı bir fransızı vardır. Təbiətinin, mühitinin, tərbiyəsinin xilafına olaraq ona verilmiş sərtlik, cəngavərlik, qısqanclıq kəndisini aldadan, kəndisini sevməyən bir qadını öldürməklə də iktifa etməyib, canavar kimi bir dəqiqədə bir öldürməyə hazır olmaq xassəsi Cəlala (bu türkə) daha uyğun, bir fransıza heç də yakışmaz bir şey olduğu etiraf olunmazmı? Bu nöqtələr həm bir türkün, həm də bir fransızın əsas sifətlərinə təzad, onların xüsusiyyətlərini düz təsvir etmək deyilmidir?

“Afət”dən Ərtoğrulu götürəlim. “Afət” Cavidin son əsəridir. Ona görə timsallarımızın çoxusunu oradan alırıq. Bunun ilə bərabər bizcə “Afət” bir əsər, sənət olmaqdan daha ziyadə bir şaşqınlıqdır.

Mövzu aranmış, bulunmamış da, bir “Afət” ixtira edilmişdir ki, bu xüsusdan ayrıca söyləməyi daha müvafiq buluyoruz. Ərtoğrul kəndisindən xoşlanmadığı Qaratayı öz evində təhqir edir... Nerədə qaldı, əcəba türklüyün bütün dünyada şöhrət qazanmış qonaqsevərliyi? Bir türk adam öldürər, cinayət yapar, nə söyləsəniz edə bilər. Fəqət öz evindəki qonağı təhqir etməz.

Ərtoğrul, Qaratay, Afət, Altunsaç bəlkə də başqa qadınları da aldadıb namuslarını çeynədiyi üçün, söyə də bilər, döyə də bilər, öldürə də bilər. Fəqət hər halda sakın, bunu öz evində icra edə bilməz. Bu türklüyün ənənatına, xilqətinə ziddir ki! Bunun üzərinə hər bir türkün öz izzət-nəfsi təhqir edilmiş sanıb. Xeyr bu yalandır, türk öz evində qardaşının qatilini belə görürsə, evində olmaq hissilə, ona əl açmaz onu təhqir etməz – deməyə haqqı vardır. Haqqı vardır iddia etsək ki, bir türk anası kəndisinə pənah gətirmiş oğlunun qatilini onu təqib edən düşmənə təslim etməz. Binaənəleyh, kəndisi ilə çəkişənlərdən intiqam almağa kəndisinə tapınanları əfv etməyə müstəidçilik, iradəli, xəfif, incə hissli geniş, bağışlayıcı ürəyə malik türk qadınları Cavidin uçurumuna yuvarlansa da kəndisinə tapınan Cəlalı bağışlamaya bilməz. Çünki bu onun təbiəti, bu onun xüsusiyyəti, bu onun əsas sifətidir. Bəlkə də bu xassəyə malik adamlardan türklük də buluna bilər, fəqət bunlar tip götürülə bilməzlər.

Azərbaycanda hər gün, hər ay yüzlərcə adamlar öldürülür və həpsi unudulurkən bilməm qaç illər bundan əvvəl bir novxanılının öz evində belə deyil, təkcə kəndlərində qonaq olan bir nəfərə təcavüz etməsi heç bir dürlü unudulmur. Indi də hərdəm “qonaq kəsən novxanılılar” – deyə xalq həm istehza, həm nifrət edir. Xalqımızın bu əhvali-ruhiyyəsi, hər kəsdən əvvəl bir psixoloq olması icab edən Cavid tərəfindən nədənsə heç görülməyir, hiss edilmir.

Beləliklə, şimdi bizdə Afət həyatı yoxsa da, get-gedə həyat tərəqqi edüb qadınlarımız açılınca 50 ildən sonra Afət həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa da bəlkə Türkiyədə buluna bilər deyənlərə də cavab verilmiş olur və yuxarıda bəzi timsallarını göstərdiyimiz səbəblərə görə də biz deyirik ki, qırx il də, əlli il də bundan sonra Azərbaycan ya türklüyün başqa bir ölkəsi, həmçinin Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir, çünki tip əsasən xüsusiyyətlərinə adi bir surətdə təsvir edilmişdir.

Gənc həvəskarlarımızda yanlış bir zehniyyət vardır. “Həyatımızda və yaxud həyatda belə şey, elə bir şəxs yoxdur” – deyincə “vallah filan adamın başına gəlmiş bir qəziyədir. Gözümlə görmüşəm və eynilə yazmışam” – deyə and içməyə başlayırlar.

Bu yanlış bir zehniyyətdir. Bir dəfə bilməlidir ki, müstəsna vəqələr və şəxslər nə mövzu götürə bilərlər, nə tip. Götürülən mövzu yüzlərcə vaqe olan adəti, vəqələrin parçalarından, tiplər də bu xalqın ümumiyyətindən parça-parça götürülüb onun ümumi həyat və məişətini, onun adət və ənənatını, milli etiqadını, psixolojisini təsvir etməli; canlandırmalıdır ki, hər kəs səhnədə bir nəfəri görüncə həmin yüzlərcə elə adamlar tanıdığı xatirinə gəlsin.

Cavidin əsərləri oxuculara, xüsusən tamaşaçılara lazımi təsir bağışlaya bilmirlər.

Görürsən, Arif çoxdan bəri axtardığı qardaşını qətl edir, ötədə də bir qaç cənazələr yıkılmışdır. Ölülər rəqs edir. Mənzərə o qədər də müdhiş təsvir olunmuş ki, Arifin gözündə hətta ölülər belə rəqs edir.

Burada bizcə tamaşaçıların da ruhu, hissiyyatı Vasifin cənazəsi ilə bərabər rəqs etməliydi. Halbuki, həqiqət belə deyildir. Burada ancaq əvvəli Vasif başını qaldırır, rəqs edir, tamaşaçılar isə lazımi qədər mütəəssir edilmədiklərindən, ruhları rəqsə hazırlanmadığından bir dürlü rəqs edə bilmir, hətta Vasifin də rəqsinə gülmələri gəlir. Halbuki əsil məqsəd də tamaşaçıların ruhunu həmin rəqsə iştirak etdirməkdir.

Sənət də, sənətkarlıq da həp burasıdır. Məharətli bir yazıçı bu mənzərəyə tamaşaçıları iştirak etdirə bilərdi. “İblis”də isə bu yoxdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Aslan və Fərhad

Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,

44 min
Mənsur və Sitarə

Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.

24 min
Əhməd və Qumru

IƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.

5 min
Parapetdən Şamaxı yoluna qədər

Parapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.

6 min

Poems by other poets