Ədəbi mübahisələr
Page 7 of 7 · 86%
VII
Şəxslərin keçmişləri, kim və nəçi olduqları, ümumən mahiyyətləri bəlli olmadığı kimi, tiplər bir qaç əsas təriflə də olsa təkmil edilməyib, qırıq və natamam qaldıqlarını və hər kəs əsərdə bir (?) təşkil etdiyi kimi hərəkətlərinin də səbəbləri birər müəmmadan ibarət olub qalır ki, nəticə etibarı ilə tamaşaçı bir çox neçinlər arasında boğulub qalır.
Bütün ötələr, adətən, otel şəklini daşıyır. Bir taqım adamlar gəlirlər, gedirlər. Neçin? Bilinmir. Bir taqım adamlar qonuşuyor, çox vaxt kimlikləri də anlaşılmayır. Gecikmiş Qaratayı maarif müdiri buraxıb içməyə gedir. Afət ilə söhbət bitincə gəlib qonağı evə dəvət edir?!
Yıldırım, Əkrəm hər daim birər məhrəm kimi Cəlalın evində fırlanırlar. Bunları məhrəm edən nədir, bilinmir. Anjel Fransadan gəlib qəbul otağında ufaq bir sevişmədən sonra atasının evidirmiş kimi, ötəki otağa keçir. Ora getmək lazım olduğunu nerədən bilirmiş əcəba? İnsanlar hərə birini sevir, başqasını alırlar. (Ərtoğrul – Alagöz). Birini sevirkən başqasına gedirlər (Göyərçin – Cəlal). Bir yığın adam həpsi Fransaya göndərilir. Oradan geri həpsi İstanbulda bir saatda xəbərləşmişlər kimi bir otağa doldurulur. Burada da həpsi sürü ilə çıldırıb bir göyə toplanırlar. Hətta Yıldırım da Anjeli qaçırıb ora gəlir. Bunlar (zakaznoy) kimi təsir bağışlayır. Adamlar təbiilik istədiyi kimi deyil, Cavidin arzu etdiyi yerdə bu ya digər hərəkəti icra edirlər. Səbəbləri isə bəlli deyildir.
Neçin? Neçin? Neçin? Səbəb yox, cavab yox. Halbuki, təbii əsərlərdə hər hərəkət bir səbəb arxasında olmalıdır. Cavid isə adətən bu cəhətləri unudur. Çox vaxt “Iblis”də olduğu kimi, bir yığın əlaqəsiz vəqələr və ümumən olduğu kimi bir yığın keçmişi, kimliyi mübhəm adamların bir araya toplanmasından bütün dünyanı, həyatı və təbiiliyi unudaraq əsər vücuda gətirir ki, bu da arzu edilməyən bir haldır.
Deyə bilərlər ki, bir realizm arşını alıb da romantizmdən yaxa qurtarmamış Cavidi ölçmək doğru olmaz. Müəyyən məktəb, ədiblər vardır ki, hər millətin tarix, ədəbiyyatında olduğu kimi, bizimkindən də təkrar edilməlidir.
Əvvəla, Cavid sırf romantik bir yazıçı deyildir. O gah romantik, gah idealist, gah realist kimi sentimentalistdir. Fəqət Cavid kim olursa, hankı məktəbə mənsub bulunarsa həmin məktəblər üsulu ilə yazdıqlarına müvəffəq olmuşsa-olmamışsa fərq etməz. Şimdi Cavid var. Yazıyor. Ən doğru məktəbi-ədəbi indilik realizmidir və biz də hər kəsi bu arşına ölçər və yazıçılarımızın da bu münval ilə yazmalarını arzu edərik. Keçmiş şairlərimiz başqa! “Məktəblər bizdə təkrar etməlidir” nəzəriyyəsini də qəbul etmirik. Çünki bunsuz da mümkündür. Bizdə lojno klassik dövrü gedirkən Sabir birdən-birə realizmə atıla bilmiş. Nərimanov öz “Pir”ini realizm ilə yaza bilmiş, müvəffəq də olmuşdur. Bu nəzəriyyə millətlər arasında əlaqə, güc olduğu zamanlar doğru olsa da, indiki əlaqə ilə başqa millətlərin ədəbiyyatından təcrübə almaq mümkün olduğu bir zamanda onu iddia etmək yersiz, bəlkə də gülüncdür.
Cavidin təqdim ediləcək müsbət cəhətləri də yox deyildir ki, bunları qeyd etməməklə həm yazdıqlarımız birtərəfli olur, həm də Cavidin haqqını inkar etmiş olurduq.
Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını da meydandan sıxıb çıxaracaqdır.
Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvvəyi-şeriyyə vardır. Zatən, əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır. Bizcə, “Afət”in bu qədər zəifliyi nəsr olmasındadır. Tamaşaçılar adətən səhnəyi unudur. Cavidin şeirlərindəki gözəlliklə əylənirlər. Biz bu şeir və lisanı ümumtürk aləmi-ədəbiyyat səhnəsinə xüsusi malımız kimi çıxara bilərik.
Caviddə bir də bir fəlsəfə vardır ki, bu, ədəbiyyatda bir əsas olmasa da, hər halda bir məziyyət kimi götürülərsə, əsərlərinin qüvvətlənməsinə yardım edir. Bu fəlsəfələrin həpsi yeni olmasa da, hər halda yeni və gözəl bir şəkildə meydana çıxarılır ki, bu da bir fəzilət və məziyyətdir.
Hər halda bu fəlsəfələr müxtəlif əsərlərdə bir-birinə təzad təşkil etsələr də, Cavidin əsərləri fikir və fəlsəfə cəhətincə bir-birinin mütəmmimi olsalar da, olmasalar da, bizcə, Cavid üçün bir nöqsan olmazlar.
Nə isə, bu qədər yazdığımız müsbət və mənfi cəhətləri belə bir cümlə ilə nəticələndirmək istəyirik. Ümumiyyətlə, Cavidin şeirləri, lisanı və fəlsəfəsi, səhnə əsərlərində yarpaqdan məhrum bir ağaca sancılmış allı-yaşıllı çiçəklərə bənzəyirlər, bu ağacın yarpaqlanmasını və təbii bir hal, gözəl bir görünüş almasını arzu və ümidlə bərabər məqaləmizin ümumi qismini bitirirkən, istər ümumən sənət və ədəbiyyat, istərsə Cavid və onun əsərləri xüsusunda yeri gəldikcə, parçaparça, dağınıq bir halda fikirləri aşağıdakı bir qaç sətirdə toplayır və xülasə edirik.
Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi həyəcani-bədii təmin etməkdir.
“Sənət sənət üçündür” mücərrəd deyil, eyni halda həyat üçün də olursa, həyatda xidmət edə bilərsə, daha gözəl və mükəmməl olmuş olur.
Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziyyət ola bilər ki, belə olunca fəlsəfələr köhnəlsə də, əsərin əbədiliyinə ziyan toxunmaz.
“Ədəbiyyat” cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir” cümləsini mükəmməl görmür və onu təbiət və sairəni də nəzərə alaraq, ədəbiyyat mühit və cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir” şəklində söyləyirik.
Sənətkar mühit və həyatı əhvali-ruhiyyəsi və qüvvəsi ilə əlaqədar olaraq götürdüyü kimi, təsirat və hissiyyatını təhlil edib vəsfasasisini bulunca həyəcanibədii oyandırıcı bir tərzdə nəql etmək ilə iktifa etməlidir.
Şair yaşadığımız aləmi-həyatın parlaq bir mükkisidir. Xüsusilə Cavidə gəlincə:
Bir şair kimi Cavid daxili, mənəvi həyatı ilə məşğul olub, xarici həyatımıza, mühitimizə və xüsusən xalqımız ilə yaşamayır ki, bu birtərəflilik və nöqsandır.
Cavidin əsərləri mühit və cəmiyyətimizin ifadeyi-hal və keyfiyyəti deyildir.
Cavidin tipləri mənsub bulduqları cəmiyyət və millətlərin vəsafi-əsasinə, xüsusiyyətlərinə zidd nöqtələri havidirlər ki, bu xüsusiyyətlər mənfi də, müsbət də olsa, onlarla hesablaşmalıdır.
Cavid hal-hazırda ədəbiyyatımızın yoxsulluğu içində böyük bir mövqe tutur. Onun “Sənan”, “Uçurum”, “İblis” və “Afət” olmaq üzrə əsərlərində görünən eniş pilləsi “Sənan”dan sonra son əsəri olan “Afət”ədək varmış süqutu H.H. kimi bir çoxlarını da görülən təşvişə hələlik ehtiyac hiss etdirmiyor.
Bir yazıçının həyatında bilə hallar ola bilər. Biz burasını bir ziqzaq enişi kimi görmək istərik. Biz burasını daha müdhiş, daha qüvvətli yeni hücum üçün sahildən uzaqlaşan dalğaların ricətinə bənzətmək istərdik.
Biz Cavidin kəndisində bulunduğuna şübhə etmədiyimiz istedad dənizlərinin dərinliklərindən yeni qüvvət alıb hücum edəcək və xalqımıza mühit və həyatımızın qoynundan doğmuş bir və dilbərədəbi təqdim edəcəyini ümid və arzu edərik.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-edebi-mubahiseler
Use ← → keys to move, R for a random poem
More by this author
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Parapetdən Şamaxı yoluna qədərParapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:– Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.
Poems by other poets
Bir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
با یار جفا جوی پس از هجر درازکردم به تلطف سخن وصل آغاز