Contents
  1. İştirak edənlər
  2. Birinci pərdə
  3. İkinci pərdə
  4. Üçüncü pərdə
  5. Dördüncü pərdə
  6. Beşinci pərdə
  7. Altıncı pərdə

Page 3 of 5 · 40%

Dördüncü pərdə

Məclis Mənsur xanın otağında vaqe olur. Sitarə oğlanları ilə daxil
olub söhbət edirlər.

(Rast)

Əsəd

Oxudum dərsimi tamam etdim,
Anacan, mən də buna yetsəm...

Sitarə

(Simai şəms)

Çox gözəl, bağımın şükufələri,
Oxuyuz, baği-ömrümün bəhəri.
Siz mənim qönçeyi-həyatımsız,
Siz mənim baisi-nicatımsız.
Oxuyuz elm, ta oluz mötad,
Olaram mən də qüssədən azad.

Əsəd

Anacan, bəs Vəz irin oğlu oxur,
Nənəsindən gözəl hədiyyə alır.

Sitarə

Oxuyuz siz də, eyləyiz guşiş,
Verərəm mən də sizlərə bəxşiş.

Cəfər

Anacan, bəs mənim nənəm yoxmu?

Sitarə

Vardır, oğlum, uzaqdadır.

Əsəd
Çoxmu?

Cəfər

Qocamı? Gəlməyir neçin o bizə?

Sitarə

Gələcəkdir, verər hədiyyə sizə.

(Uşaqları o biri otağa salır, özü qapıda oxuyur.)

Yenə gəldi xəyalıma, aman, bir odlu həngamə;
Yazıldı şiri-çəşmimdə yenə dilsuzi-qəmnamə.
Düz on beş ildi ki, düşdüm cida öz Xanı manımdan;
Gələ lənət, ilahi, xainə, bu dövri-əyyamə.
Yəqinən ölsə də bülbül, gülüstanindən əl çəkməz;
Mən ayrılmışdım, amma düşdü bu canım yenə damə
Yenə düşdü xəyalıma vətən sevdası, ya rəbbi;
Vətən! Sən ey vətən, sən rəxnə saldın səbri-aramə.
Düşübdür qəlbi-zarimə vətən sevdası, ya rəbbi;
Aman, ya rəbb, yetir bir də məni bu qəmli sevdamə.

Mənsur daxil olur. Musiqi.

Mənsur

Söylə, halın bu gün neçin viran olub, belə görürəm?
Söylə, karın bu gün neçin əfqan olub, belə görürəm?

Sitarə

Dövrani-dun etmiş məni bu dövrani-qəmdə zəbun;
Bu çərxi-dun zülm etməkdə tüğyan edəcək, belə görürəm.

Mənsur

Mən dünyada sağ ikən qoymaram səni qəm çəkəsən;
Qəlbin dərdi-möhnəti-qəmdən qan olub, belə görürəm.

Sitarə

On beş ildir tərk etmişəm mən öz Xanı manımı;
Bəxti-zalım aləmdə məni nalan edəcək, belə görürəm.

Mənsur

(Şüştər üstə)

Nə haldır, mələyim bu? Sitarə, qəm çəkmə;
Şağam ki, girməmişəm mən məzarə, qəm çəkmə.
Nə qədər sağdı canım qoymaram ki, qəm çəkəsən;
Səbəb nədir bu qədər ahi-zarə, qəm çəkmə.

Sitarə

Düşüb xəyalıma seyri-səyahəti vətənin,
Necə mən ağlamayım bəxti qarə qəmlərdən?
Nə qədər vaxtdır ki, valideynimi görməmişəm,
Salıbdı çərx məni bu diyarə qəmlərdən.

Mənsur

Budurmu bircə qəmin, ey vəfalı cananım?
Bu dərdinə edərəm mən də çarə, qəm çəkmə!
Tədarük eyləgilən, olgilən bu gün hazır,
Rəvan olaq hamımız ol diyarə, qəm çəkmə.
(Sitarə gedir, Mənsur tək oxuyur bayatı kürd üstə)
Bu yarə yox demək olmaz, rəvamıdır, ey dil?
Əgər bu canımı alsa, danışmaram ona, bil.
Olubdur könlüm əvvəldən cəmalına mail;
Sitarə olmasa, bu gün cahanı istəmərəm.

(Tar keçir rasta)

Əgərçi çoxdu işim, məmləkətdə var üsyan,
Qulam, get de gəlsin Vəz ir həm əyan.
Gərək olara edəm məsləhət bu sirri bəyan,
Olardan heç bir iş etmək nəhani istəmərəm.
Gərək onu aparım mən cəlali-tam ilən;
Qabaqca səf çəkə ləşkər, gedə nizam ilən;
Gedib atasını görsün bu intizam ilən,
Əgərçi tutmaya şir asimanı istəmərəm.
Vəz ir altı nəfər əyan ilə daxil olurlar.

Xor

Mənsur xanın nə fikri vardır bizi cəm etmişdir?
Nə işi vardır, fikri nədir ki, bizi çağırmışdır?

Məns ur

Həzərat, bir fikrim vardır ki, bu şəhərdən gedəm,
Bir neçə günlük işim vardır ki, onu tamam edəm.

Vəzirlər

Fərman səndədir, əziz şahım, sahibi-fərmansən.
Şahın yolunda gərəkdir keçmək can ilə təndən.
Mənsur

Guş eylədim nigarımın ol ahi-zarına,

(Vəz ir diksinir.)
İstər bu gün gedə atasının diyarına.
Mən də gərək onu aparım bir cəlal ilən,
Çün razı olmaram onun heç intizarına.

Vəz ir

Zənnim budur, kənara əgər qoysanız qədəm.
Ölkə xərab olub, olar viran dəmbədəm.

Mənsur

(Təsnif)

Ey Vəz ir, axtar, bəs, bir çarə tap,
Qoyma sən məni böylə biəlac.
De... de mənə bəs bir çarə,
Etmə məni sən bitab.
Axtar, çarə tap, oldum mən bitab.
Qoyma bu dərdi dərmanə möhtac.

Xor

Yoxdur, ey xan, bu dərdə bir çarə,
Sən getsən dövlət qalar avarə;
Getmə sən, ey xan, özgə diyarə.

Mənsur

Tez, hər nə cür olursa, siz tez
Tapın buna çarə, siz.

Xor

Səndədir fərman, çarə yox, qurban,
Bu dərdə yoxdur özgə dərman.
Yoxdur, ey xan, bu dərdə bir çarə.
Sən getsən dövlət qalar avarə;
Getmə sən, ey xan, özgə diyarə,
Vəz ir
Xan, bu dərd olub dərmansız,
Tərpənməyin burdan siz.

Xor

Səndədir fərman, çarə yox, qurban,
Bu dərdə yoxdur heç bir dərman.

Mənsur

Düz gəlmədi işim vüzəradən, nə etməli?
Üz döndərir hamısı rizadən, nə etməli?
Fikr eylədim aparram onu təmtəraq ilən.
Ümid şəmi söndü qəzadən, nə etməli?

(Vəz irlərə)
Çarə tapın bu dərdimə, ta olmayım zəbun.
Olsun xilas o şux-nəvadən, nə etməli?

Birəyan

Olmazmı, zat ali ki, getsin Vəz ir ilə,
Bir foc ləşkər ilə buradən, nə etməli?

Mənsur

Bu fikir yaxşı fikirdir, söz batdı beynimə,
Hərgiz uzaq deyil bu rəvadən, nə etməli?
On səkkiz ildi bu atalıq eyləmiş mənə,
Dur olmamışdır sidqi-vəfadən, nə etməli?
Vəz ir, eyləmə təxir, olginən hazır,
Özün bir bölük əsgər götür, sən ol nazir.
Cavahir ilə tamamən bəzə kəcavələri,
Ver əmr yolda ki, çalsınlar təbli-nayiləri.
Tamam yolları doldur da gülü raq ilə,
Apar əzizimi həşmətli təmtəraq ilə.

Vəz ir

(Təsnif, kənara)
Əzəl şikar eləmişdim o mahi parəni mən,
Və leyki zor ilə aldın onu əlimdən sən.
Düz on beş ildi ki, hicr atəşi yaxır canım,
Yetişdi indi də fürsət ki, mən alım kamım.

Xor

Çarə tapıldı bu dərdə, qalmadı arzun yerdə.
Çox yaşa sən, ey sərkərdə, çox yaşa, çox yaşa, çox yaşa.
Mənsur xan, sən ədalətli bir xan!

Mənsu rdan savay hamı gedir. Sitarə daxil olur.

Mənsur

Müyəssər olmadı, əfsus, kim mənə getmək,
Heç olmayır, dəxi yox çarə, sevgilim, nə etmək?
Gedir səninlə Vəz irimlə bir bölük əsgər,
Mən əmr eləmişəm indicə kəcavə gələr.

Sitarə

(Simai şəms üstə)
Qoymaram, Mənsur, mən sənsiz kənara bir qədəm,
Mən ki, dünyanın qəmi-dərdi-qubarın görmüşəm.
Getmərəm biganələrlə bir qədəm sən getməsən,
Mən ki, əğyarın təmamən etibarın görmüşəm.

Mənsur

Etmə sən bica xəyalı, olma məhzun, etmə ah,
Bu Vəz irin çox zamandır sidqi-karın görmüşəm.

Sitarə

Getmərəm sənsiz, gülüm, salma məni səhralara,
Mən bəla səhrasının qış, həm baharın görmüşəm.
Gəzmişəm səhrayi-eşqi həm bəla səhrasını,
Həm xəyanət vadisinin hər diyarın görmüşəm.
Görmüşəm qardaşların xahərlərə əl açmasın,
Hamının dünyada mən namusi-arın görmüşəm.
Mənsur

Sevgilim, bicadi fikrin, at əbəs xülyaları,
Mən Vəz irin doğruluq, həm etibarın görmüşəm...

Sitarə

Gəl, gedək, Mənsur, sən də, yoxdur hicrə taqətim,
Mən şəbi-hicranın qəlbi-dağidarın görmüşəm.

Mənsur

Hövlə xofimdən mənim uçmaz havada murğlər,
Qaf dağında girib pünhan olub simurğlər.

Pərdə düşür, tez qalxır, Sitarə, Mənsu rvə uşaqlar düzülüblər.

Vəz ir

(Daxil olur)
Hamı hazırdı, qurban, bəndəyi fərmanınam indi,
Nədir fərmani-ali, hökm qıl, qurbanınam indi.
Əsgərlər daxil olub oxuyurlar.

Xor
Çox yaşa, sən ey Mənsur xan,
Tabe olsun sənə cahan!
Allah sənə versin aman,
Çox yaşa, çox yaşa, çox yaşa, Mənsur xan!

Sitarə

Halal qıl mənə, ey mehriban, mən gedirəm,
Olubdur qafileyi-qəm rəvan mən gedirəm.
Yoxumdu hicrinə taqət, nə çarə qılmalıyam,
Halal qıl ki, gedir karvan, mən gedirəm.

Mənsur

Gedin, əzizlərim, yarımın vilayətinə;
Səni ki, tapşırıram xalıqın əmanətinə.
(Öpüşürlər)
Xor

Gedək, gedək biz, vaxt olur, təbl-ney-şeypur çalınır,
Yaşasın Xanı mız Mənsur, çox yaşa, çox yaşa, çox yaşa,
Mənsurxan sən ədalətli bir xansan!

(Gedirlər.)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets